Kanadada Təhsil

Nə üçün Kanadada təhsil almalı?

Kanadalılar təhsilə böyük önəm verirlər və dünyanın yüksək standartlara malik ən yaxşı təhsil sistemlərindən birini qurublar. Bu ölkə təhsilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələrin orta göstəricisindən daha çox xərcləyir (ÜDM-nin faizi kimi) və bununla da G-8 ölkələri arasında ikincidir.

Yaşayış səviyyəsi

Kanada hal-hazırda BMT-nin İnsan İnkişafı İndeksinə görə 4-cü yerdədir. Bu indeks yaşayış səviyyəsini müəyyən etmək üçün bir neçə faktordan (orta ömür müddəti, savadlılıq, təhsil, yaşayış standartı, adambaşına düşən ÜDM) istifadə edir. Buraya həmçinin içməli suyun bolluğu, əhalinin sıxlığının çox olmaması, cinayətlərin çox sayda baş verməməsi və dünya üçün nümunə ola biləcək səhiyyə sistemi də daxildir.

Kanadanın şəhərləri həmçinin Şimali Amerikada ən yüksək dərəcədə təhlükəsizlik və stabilliyə malik şəhərlər arasındadır. Kanadanın ilk 25-liyə daxil olan 5 şəhəri Vankuver, Toronto, Ottava, Monreal və Kalqaridir.

Beynəlxalq səviyyədə tanınan dərəcələr

Kanadanın bütün təsdiq olunmuş dövlət və özəl ali təhsil müəssisələrinə əyalət və ya ərazi hakimiyyəti tərəfindən akademik dərəcələr vermək səlahiyyəti verilmişdir və bu müəssisələrdə keyfiyyət mexanizmi nizamnamələr və qanunvericilik vasitəsilə təmin olunur. Əyalət və dövlət səviyyəsində Kanadanın peşəkar tənzimləyici qurumları (məsələn, dayəlik, memarlıq və mühəndislik sahəsində) ali təhsil müəssisələrində tədris planı standartlarının  müəyyən edilməsində və nəzərdən keçirilməsində iştirak edir. Akkreditasiya baxışları hesabatların təhlili və təhsil müəssisəsinə vizit vasitəsilə həyata keçirilir.

Kanadada ali təhsildə keyfiyyəti və yüksək akademik standartlardan istifadəni dəstəkləyən bir neçə təşkilat fəaliyyət göstərir, məsələn, Kanada Universitet və Kollecləri Assosiasiyası (AUCC), Kanada İcma Kollecləri Assosiasiyası (ACCC) və Kanada Akkreditasiya Agentlikləri Assosiasiyası (AAAC). Kanadada verilən ali təhsil dərəcələri bütün dünyada qəbul olunur və tanınır.

Rəqabətli təhsil haqları

Kanadada təhsil almaqla siz münasib xərclə dostyana və xoş münasibətli mühitdə yüksək keyfiyyətli təhsil əldə etmiş olacaqsınız.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri