Direktorun mеsajı

Bizim uğur tarixçəmiz 40 ili əhatə edir və beynəlxalq tələbələrin yerləşdirilməsi sahəsində etibarlı və peşəkar məsləhətə və dəstəyə əsaslanır. IDP Education bütün dünyada 300,000-dən artıq tələbəni yerləşdirmişdir və bununla da beynəlxalq tələbələrin yerləşdirilməsi üzrə ən böyük təşkilata çevrilmişdir.

IDP Education 1969-cu ildə Cənub-Şərqi Asiya universitetlərində bilik və resursların inkişaf etdirilməsi üçün beynəlxalq təhsilə dəstək təşkilatı kimi təsis edilmişdir.  IDP Education-un rolu daha sonra genişlənmiş və buraya Avstraliya və ABŞ-da beynəlxalq tələbələrin yerləşdirilməsi, eləcə də IELTS-də şərik olmaq vasitəsilə ingilis dilinin testləşdirilməsi də daxil olmuşdur.

Orta Şərqdə tələbələrə və onların valideynlərinə xidmət göstərmək üçün bizim 11 şəhərdə 30-dan çox məsləhətçimiz var. Bizim məsləhətçilərimiz sizin Kanadada təhsil arzunuzu gerçəkləşdirmək üçün Kanadaya müraciət və viza prosesi ilə bağlı böyük təcrübəyə malikdirlər! Bizim xidmətin çatdırılması üzrə standartlarımız hər bir tələbənin konsultasiyadan ta qəbula qədər bütün proses boyunca fərdi məsləhətçi əldə etməsini təmin edir!

Bu gün, Kanada universitetlərində tələbələrin yerləşdirilməsinə addım atdığımız zaman biz sizin tələbə olaraq daha yaxşı yerləşdirilməyinizi təmin etmək üçün öz xidmətlərimizdə keyfiyyət və peşəkarlığa daim sadiq qalacağıq. Mənim komandam və mən sizə xaricdə təhsil arzunuzu həyata keçirməkdə kömək etmək imkanımız olduğu üçün çox xoşbəxtik. Biz sizə öz təhsil, karyera və həyat məqsədlərinizlə bağlı planlarınızda uğur diləyirik!

Hörmətlə,

Maher El Bakry

Regional Direktor

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri