IDP-nin Qlobal xidmətləri

IDP Education 30 ölkədə 90 ofisdə 1,000 nəfərdən  çox işçisi olan, tələbələrin yerləşdirilməsi sahəsində dünyanın ən böyük şirkətidir. IDP Education-un ciddi peşəkar standartlar altında universitetlər və dövlət təşkilatları ilə iş sahəsində bir neçə onillik təcrübəsi vardır və 300,000 nəfərdən çox tələbə yerləşdirmişdir.

Təşkilat olaraq biz inanırıq ki, tələbələr təhsili öz öyrənmə, karyera və həyat məqsədlərini həyata keçirmək üçün bir vasitə olaraq seçirlər və IDP tələbələrə bu məqsədlərinə nail olmaq üçün düzgün təhsil seçimləri etməyə kömək etmək üçün onlarla işləməyi öz əsas vəzifəsi kimi qəbul edir. Bizim ABŞ ali təhsil sisteminə çıxışımız tələbələrin yerləşdirilməsi xidmətləri üzrə uğurlu Avstraliya modelinə əsaslanır.

IDP Education beynəlxalq təhsil üzrə tədqiqatların əsas sponsorudur və beynəlxalq tələbə tendensiyalarının və artımının proqnozlaşdırılması üzrə ilk təşkilat olmuşdur. IDP həmçinin Beynəlxalq Təhsildə Tədqiqat Bazasına sponsorluq edir. 1987-ci ildə IDP Avstraliya Təhsil Konfransının (AIEC)  əsasını qoymuşdur ki, bu da hazırda dünyada ən görkəmli beynəlxalq təhsil konfranslarından biridir.

IDP Education British Council və Cambridge University ilə birgə dünyanın aparıcı ingilis dili testi olan IELTS partnyorlarından biridir. Hər il 44 ölkədən 1 milyondan çox insan IELTS testini verir. Bu gün IELTS 2,000-dən çox ABŞ universiteti, kolleclər və peşəkar assosiasiyalar daxil olmaqla bütün dünyada 6,000 təşkilat tərəfindən qəbul olunur.

2005-ci ilin may ayından bəri IDP Education-un Baş İcraçısı olan  Antoni Pollok beynəlxalq təhsil sahəsinə 20 ildən artıq təcrübəyə malikdir. O, beynəlxalq təhsilin həm fərdi səviyyədə, həm də bütövlükdə cəmiyyətlər üçün bir çox faydaları olduğuna inanır. Beynəlxalq təhsil təcrübəsi bir çox insanların həyatında ən böyük dəyişikliklərə səbəb ola bilər. Bundan əlavə, beynəlxalq tələbələrin əldə etdikləri bacarıqlar və özünə əminlik onlara öz cəmiyyətlərinin və ölkələrinin inkişafına öz töhfələrini verməyə yardım edir.

IDP Education hazırda 38 Avstraliya universiteti və Avstraliyanın aparıcı onlayn işəgötürmə və təlim şirkəti olan SEEK Limited  tərəfindən birgə idarə olunur. IDP-nin yaranmasından etibarən  40 il ərzində bütün dünyada ali təhsil üzrə beynəlxalq tələbələrin sayı 5 dəfə artmışdır. Bu, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında tarixdə görülməmiş həcmdə bilik və təcrübənin ötürülməsi ilə nəticələnmişdir. Beynəlxalq təhsil mədəni baryerlərin aradan qaldırılmasında və beynəlxalq əlaqələrin inkişaf etdirilməsində əsas rolu oynamışdır, çünki tələbələr öz həyatlarının əsas formalaşdırıcı hissəsini xarici ölkədə keçirirlər.

IDP fərdləri qlobal vətəndaşlara çevirməkdə öz töhfəsini verən beynəlxalq təhsil sahəsində öz biznesi ilə qürur duyur!

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri