Çox verilən suallar

IDP mənim üçün nə edə bilər?

IDP Kanadada təhsil proqramları və müəssisələri barədə məsləhətlər verərək, bu proqramlara müraciət və tələbə vizası prosesi boyunca sizə kömək edəcəkdir. Bizim fərdi məsləhətçilərimiz bu prosesin hər bir mərhələsində sizi istiqamətləndirəcək, ərizə sənədlərinizin nəzərdən keçirilməsi, haqların ödənilməsi və vizanın son tarixi kimi məsələləri izləyəcəkdir. Bundan əlavə məsləhətçiniz səfər öncəsi oriyentasiya təşkil edərək sizi Kanadada tələbə həyatına hazırlayacaqdır.

Ərizələrin verilməsi və viza prosesi ilə bağlı kömək etmək məqsədilə mənə məsləhətçi ayrılacaqmı?

Bəli, IDP-də qeydiyyatdan keçdikdən sonra, bütün proses boyu sizə kömək edəcək məsləhətçi ayrılacaq.

Kanadada bakalavr təhsil proqramlarının qəbul şərtləri hansılardır?

Minimum qəbul şərti tanınmış şuranın 12-ci il imtahanlarından uğurla keçməkdir. Bəzi təhsil müəssisələri SAT və/yaxud IELTS kimi qəbul testlərindən keçməyi də tələb edə bilərlər.

Kanadada magistratura və PhD dərəcələrinə qəbul şərtləri hansılardır?

Minimum qəbul şərti tanınmış universitetin bakalavr dərəcəsini bitirdiyinizi sübut edən sənədin olmasıdır. Bəzi təhsil müəssisələri seçdiyiniz təhsil proqramlarından asılı olaraq GRE, GMAT və ya IELTS kimi qəbul testlərindən keçməyi də tələb edə bilər.

PhD proqramına qəbul olmaq üçün magistr dərəcəsinə malik olmaqdan əlavə tədqiqat aparmaq qabiliyyətinizi göstərməli və GRE General və IELTS ilə yanaşı GRE subject yazmağınız da tələb oluna bilər.

Kanadanın təhsil müəssisələrinə qəbul olmaq üçün hansı qəbul imtahanlarını verməliyəm?

Qəbul imtahanları ilə bağlı tələblər təhsil müəssisələrindən asılı olaraq fərqli ola bilər. Əksər təhsil müəssisələri IELTS kimi bir dil testinin nəticələrini tələb edir. Digər universitetlər isə standart testlər sayılan GMAT, GRE, SAT imtahanlarının cavablarını tələb edir.

Mənə hansı ali təhsil müəssisəsi uyğun gəlir?

Kanadada ali təhsil müəssisələrinin rəsmi reytinqi yoxdur. Təhsil müəssisələri akkreditasiya statuslarına əsasən qiymətləndirilir. Sizə münasib universitet, sizin akademik profilinizə, təhsil, karyera və həyatdakı məqsədlərinizə uyğun gələn universitet hesab olunur.

Kanadada təhsil və yaşamaq xərcləri nə qədərdir?

İllik təhsil haqları bakalavr proqramlarında CAD 6,000 və CAD 25,000, magistr proqramlarında isə CAD 6,500 və CAD 32,000 arasında dəyişir. İllik yaşayış xərcləri yaşadığınız şəhərdən, seçdiyiniz yaşayış yerindən, həyat tərzinizdən və əlavə məsrəflərdən, məsələn kitab, geyim, əyləncə, səyahət və s. xərclərdən asılı olaraq CAD 4,800  və CAD 9,600 arasında dəyişir.

Kanadada təhsil almaq üçün maliyyə dəstəyi ala bilərəmmi?

Bəli, Kanadanın ali təhsil müəssisələri təqaüd, təhsil qrantı, universitet daxilində iş, tədris üzrə köməkçi, tədqiqat üzrə köməkçi, internatura və s. formalarda maliyyə yardımı təklif edir. Dəstəyin məbləği proqramın növündən və təhsil səviyyəsindən asılıdır. Maliyyə yardımı ilə bağlı təkliflərdən bir çox tələbələr faydalanmaq istədikləri üçün müstəsna akademik və tədris proqramından kənar biliklərinizi nümayiş etdirməlisiniz.

Kanadada təhsilə nə vaxt başlaya bilərəm?

Əksər universitetlərdə təhsil ili payız (sentyabr) və yaz (yanvar) aylarında başlayır, amma bəzi universitetlər yayda (may və ya iyunda) da tələbə qəbul edir.

Təhsil ilinin başlanmasına neçə ay qalmış müraciət prosesinə başlamalıyam?

Universitetlərdə təhsil almaq istəyirsinizsə, təhsil ilinin başlanmasına 12-15 ay qalmış müraciət prosesinə başlamağınız tövsiyə olunur. Bu müddət standart qəbul imtahanlarına hazırlaşmaq üçün kifayət qədər vaxtınızın olmasını təmin edir.  Kolleclərdə isə təhsil ilinin başlanmasına 4-6 ay qalmış müraciət prosesinə başlamaq məsləhətdir. Bu, standart qəbul imtahanlarına hazırlaşmaq üçün kifayət qədər vaxtınızın olmasını təmin edir.

IDP-nin Kanadanın ali təhsil müəssisələri ilə xüsusi münasibətləri varmı?

Bəli IDP müəyyən Kanada universitetləri ilə müqavilə imzalamışdır ki, bu da sizə müraciət sənədlərinin qiymətləndirilməsində və digər tələblərin yerinə yetirilməsi üçün vaxt baxımından üstünlük verəcəkdir.

IDP səfər öncəsi formal məsələlərlə bağlı mənə kömək edəcəkmi?

Bəli, IDP səfər öncəsi oriyentasiya təşkil edəcək ki, burada siz Kanadada tələbə həyatına uyğunlaşmağın yolları, habelə fərqli mədəniyyət, bilet, tibbi sığorta, valyuta məzənnəsi və s. mövzularda faydalı məlumatlar əldə edəcəksiniz.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri