IELTS, TOEFL, GRE, GMAT

IELTS (Beynəlxalq İngilis Dili Test Sistemi)

IELTS dünyanın aparıcı ingilis dili testidir. IELTS (International English Language Testing System) ünsiyyət dili ingiliscə olan bir ölkədə təhsil almaq və ya işləmək istəyən namizədlərin  dil bacarıqlarını ölçmək üçün tərtib edilmişdir.

Bütün aparıcı ingilisdilli ölkələrin 7,000-dən çox ali təhsil müəssisəsi, dövlət agentlikləri, peşəkar assosiasiyalar və işəgötürənlər IELTS testinin nəticələrini tanıyır və istifadə edir.

IELTS Academic module tədrisin ingilis dilində həyata keçirildiyi bir çox ali təhsil müəssisələrinə qəbul olunmaq üçün qoyulan dil tələbi kimi qəbul olunmuşdur və namizədin ingilis dilində təhsil almağa hazır olub-olmadığını qiymətləndirir.

IELTS General Training module ingilisdilli ölkəyə miqrasiya edən və ya orta təhsilini tamamlamaq və ya təlim proqramında iştirak etmək üçün ingilis dilli ölkəyə getməyə hazırlaşan şəxslər üçün münasibdir.

Testin Listening, Reading və Writing komponentləri həmişə fasiləsiz olaraq bir-birinin ardından tamamlanır. Test mərkəzindən asılı olaraq Speaking testi imtahan günündən 7 günə qədər əvvəl və ya sonra ola bilər.

IELTS-də heç bir keçid balı yoxdur. Nəticələr 9-ballıq sistemlə qiymətləndirilir. IELTS balları 2 il müddətində etibarlıdır.

IELTS haqqında və müraciət etmək və ya hazırlıq materiallarını yükləməklə bağlı daha çox məlumat əldə etmək üçün,  www.ielts.az saytını ziyarət etməyiniz xahiş olunur. IELTS testi ilə bağlı istənilən sualınız olarsa, bizimlə ielts@ielts.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlayın və ya öz IDP məsləhətçinizlə danışın.

TOEFL

TOEFL (Xarici dil olaraq ingilis dili testi)

TOEFL testi doğma dili ingiliscə olmayan şəxslərin ingilis dili biliklərini qiymətləndirir. Bu, kifayət qədər məşhur bir dil testidir və 130-dan çox ölkədə fəaliyyət göstərən 7,000-dən çox universitet və təşkilat tərəfindən qəbul edilir.

TOEFL testi ingilis dilindən universitetdə yazıldığı, oxunduğu, dinlənildiyi və danışıldığı şəkildə istifadə etmək və anlamaq bacarığını ölçür. Test 4 bölmədən ibarətdir (reading, listening, speaking və writing) və təxminən 4½ saat davam edir. TOEFL balları 2 il müddətində etibarlıdır.

Əlavə məlumat üçün www.toefl.az saytını ziyarət edin və ya öz  IDP məsləhətçinizlə danışın.

GRE

GRE (Graduate Record Examination)

GRE imtahanı tələbənin bakalavr səviyyəsindəki performansını qiymətləndirir və iki növü vardır: GRE (General Test) və GRE (Subject Test).

GRE (General Test): GRE General Test ABŞ-da magistr səviyyəsinə qəbul olunmaq istəyən tələbələrin şifahi mühakimə, kəmiyyətlərlə bağlı mühakimə, tənqidi düşüncə və analitik yazı bacarıqlarını ölçür. General Test heç bir spesifik sahə ilə bağlı olmayan bacarıqları qiymətləndirir.

General Test internet üzərindən verilir və bu testi ayda bir dəfə və ildə 5 dəfəyə qədər vermək olar. GRE balları 5 il müddətində etibarlıdır.

Test 3 bölmədən ibarətdir (şifahi, rəqəmli və analitik yazı) və təxminən 4 saat vaxt tələb edir. GRE General Test-də ən yüksək nəticə 1600 baldır.

GRE (Subject Test): GRE Subject Test tələbənin səkkiz müxtəlif fənn üzrə nailiyyətlərini ölçür. Hər bir fənn testi verilmiş fənn üzrə təhsil almış və ya bu spesifik sahədə ekstensiv təhsil profilinə malik olan tələbələr üçün nəzərdə tutulmuşdur.

Əlavə məlumat üçün öz IDP məsləhətçinizlə danışın.

GMAT

GMAT (Graduate Management Admissions Test)

GMAT testi biznes məktəblərinə biznes və idarəetmə üzrə təhsil almaq üçün müraciət edən namizədlərin kvalifikasiyalarını qiymətləndirməyə kömək edən standartlaşdırılmış qiymətləndirmə sistemidir. Bütün dünyada 1,900-dən çox biznes məktəbi öz qəbul proseslərinin bir hissəsi kimi GMAT ballarından istifadə edir.

Test ən çoxu ayda bir dəfə iş günlərində verilə bilər. GMAT balları 5 il müddətində etibarlıdır və məqbul qiymətlər institutdan-instituta fərqlidir.

Test 3 bölmədən ibarətdir (şifahi, rəqəmli və analitik yazı) və təxminən 4 saat vaxt tələb edir. GMAT testində ən yüksək nəticə 800 baldır.

Əlavə məlumat üçün öz IDP məsləhətçinizlə danışın.

Bəzi başqa standartlaşdırılmış testlər

  • LSAT (Law School Admissions Testing program) – Hüquq məktəblərinə qəbul üçün
  • MCAT (Medical College Admissions Test) – Tibb kolleclərinə qəbul üçün
  • DAP (Dental Admissions testing Program) – Stomatologiya üzrə təhsil üçün
  • PCAT (Pharmacy College Admissions Test) – Əczaçılıq kolleclərinə qəbul üçün
  • OAT (Optometry Admissions Testing program) – Optometriya üzrə təhsil üçün

Hansı qəbul testi üçün hazırlaşmalı olduğunuzu öyrənmək üçün öz IDP məsləhətçinizlə BU GÜN danışın!

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri