14- 15 Dekabr 2016-cı il tarixlərində Qafqaz regionunda ən geniş IELTS Test Mərkəzləri şəbəkəsinə malik olan, regionun lider və innovator təşkilatı GRBS Şirkətlər Qrupunun rəhbər heyəti Gəncə Dövlət Universitetində IELTS Test Mərkəzinin açılışı münasibəti ilə universitetdə işgüzar səfərdə olmuşdur.

14- 15 Dekabr 2016-cı il tarixlərində Qafqaz regionunda ən geniş IELTS Test Mərkəzləri şəbəkəsinə malik olan, regionun lider və innovator təşkilatı GRBS Şirkətlər Qrupunun rəhbər heyəti Gəncə Dövlət Universitetində IELTS Test Mərkəzinin açılışı münasibəti ilə universitetdə işgüzar səfərdə olmuşdur.

Universitet rəhbərliyi ilə görüşdə şirkətlər qrupunun qurucusu və baş direktoru Bəhram Qurbanov, baş direktor köməkçisi Sərxan Ağalarov, AZ010 IDP IELTS Test Mərkəzinin rəhbəri Pərvanə Əliyeva və Mərkəzin kordinatoru Nərgiz Mədətova iştirak etmişdir.

Gəncə Dövlət Universitetinin akademik və rəhbər heyəti, o cümlədən Universitetin rektoru professor Yusif Yusibov, Universitetin Elm və innovasiyalar üzrə prorektoru dosent, millət vəkili Pərvin Kərimzadə, Xarici dillər fakültəsinin dekanı dosent Əjdər Əsgərov, Qrammatika və İngilis dilinin tədrisi kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Mehdi Rəhimov, Fransız dili kafedrasının müdiri Məhərrəm Orucov, İnnovasiyalar mərkəzinin direktoru Vasif Həsənov iştirak etmişlər.

Səmimi keçən toplantı zamanı iki təşkilatın əməkdaşlığı müzakirə olunmuşdur. Görüşdə çıxış edən rektor Yusif Yusibov, prorektor Pərvin xanım Kərimzadə Azərbaycan xalqının, eləcə də Gəncə və ətraf rayonların sakinlərinin təhsilinə müstəsna xidmətləri olan, dünyanın ən qabaqcıl təhsil brendlərinin təlim və imtahanlarını Azərbaycanda təşkil edən GRBS təşkılatının fəaliyyətini yüksək qiymətləndirmişdir.

Bəhram Qurbanov da öz çıxışı zamanı Gəncə Dövlət Universitetində qurulan təhsil infrastrukturunu yüksək qiymətləndirərək, universitetin ölkənin qabaqcıl təhsil qurumu olduğunu qeyd etmişdir. Gəncənin Azərbaycan bütün tarixi boyunca ölkə həyatında oynadığı önəmli rolu qeyd edən Bəhram Qurbanov İELTS imtahanlarını bu şəhərdə təşkil etməklə Gəncə əhalisinə xidmət etməkdən qürur duyduqlarını vurğulamışdır.

Xatırladaq ki, GRBS və Gəncə Dövlət Universiteti arasında əməkdaşlığa əsasən universitetdə 2016-cı ildən rəsmi IELTS Test Mərkəzi fəaliyyətə başlamışdır.

İndi Gəncə və ətraf rayonların əhalisi IELTS imtahanını Bakıya gəlmədən, Gəncə Dövlət Universitetində verə bilərlər. İmtahanların tarixi ilə www.ielts.az saytında tanış ola bilərsiniz:

http://ielts.az/az/pages/0-88.html

GRBS, Gəncə şəhərində və ölkənin digər 3 şəhərində - Bakı, Sumqayıt və Naxçıvanda - IELTS imtahanını təşkil edir.

Gəncə Dövlət Universitetində rəsmi IELTS testlərinə qeydiyyat burada:

https://my.ieltsessentials.com/Candidate/Booking/Wizard…

IELTS Testin keçirilmə ünvanı: "Gəncə Dovlət Universiteti, Heydar Əliyev prospekti 91, Gəncə, Azərbaycan.

www.ielts.az

 

Image may contain: 3 people, indoor

 

Image may contain: 4 people, people sitting, table and indoor

Image may contain: 5 people, people sitting, table and indoor

Image may contain: 3 people, suit and indoor

Image may contain: 7 people, people standing, suit and indoor

Image may contain: 4 people, people sitting, table and indoor