Tələbə Şərhləri

IDP Azerbaijan tərəfindən göstərilən xidmətlərdən sonra  Avstraliya, BK, Yeni Zelandiya, Kanada və ABŞın  ali təhsil müəssisələrinə daxil olan tələbələrin təcrübə mübadiləsi.

 

Kamran Hasanov - University of New South Wales

Mən tələbərin uğuru və xidmətin keyfiyyəti üçün sizin tərəfinizdən göstərilən sədaqəti yüksək qiymətləndirirəm. Mən artıq rəsmi olaraq New South Wales - universitetinin tələbəsiyəm Aviasiya üzrə Magistr və siz mənim universitetə daxil olmaq üçün çətin və uzun yolda mənə kömək etdiniz. Mən deyə bilmərəm ki, bu sizin köməyiniz olmadan reallaşa bilərdi. Mən IDP Azerbaijan-a mənə göstərdiyi köməyə görə dərin minnətdarlığımı bildirirəm. Mən əminəm ki, bunu deyən yeganə tələbə deyiləm və inanıram ki, çoxsaylı tələbələr universitetlərə daxil olmaq üçün öz ilk addımlarının sizin köməyinizlə edəcəklər.

Orxan Zakirov - University of Queensland, Master of Commerce  

Mən IDP Azerbaijan-la Avstraliya universitetlərinə müraciət etmək istəyəndə tanış oldum. Bu vaxta qədər mənim Böyük Britaniya və Avropada təhsillə bağlı məlumatım var idi, lakin mən özüm Avstraliya universitetlərinə müraciət etmək istəyəndə çətinliklərlə  üzləşdim. IDP barədə məlumat aldıqdan sonra mən IDP-nin ofisinə gedərək dərhal müraciət prosesinə başladım. Görünür, onlar Avstraliyanın təhsil müəssisələri barədə ən geniş məlumatlara malikdirlər. Mən  IDP-yə magistr pilləsində təhsil almağım üçün mənə düzgün universitet tapmağına görə minnətdarlığımı bildirirəm. Onlar nəinki öz sahələrində ekspertdirlər,  həmçinin Avstraliyada təhsillə bağlı heç bir məlumata malik olmayan Azərbaycanlı tələbələrə bütün məlumatları səbirlə verirlər.  Mən IDP Education-u Avstraliya, Kanada, Yeni Zelandiya, ABŞ  və Birləşmiş Krallıqda və digər ölkələrdə təhsil almaq istəyən tələbələrə məsləhət görürəm, belə ki, onlar xaricdə təhsil üçün  yüksək standartlı məsləhətlər və bütün seçimlərə malikdirlər.  

 

Günay Gözalova  - University of Queensland, Master of Commerce 

Avstraliya universitetlərini axtarmağa başlamamışdan öncə, mən əvvəl fikirləşirdim ki, bu mənim üçün rahat olacaqdır, çünki mənim bakalavr təhsilim ərzində mən bu prosedurlarda təcrübəyə malik idim. Lakin, magistr pilləsində təhsil almaq üçün düzgün universitet və proqram tapmaq çox vaxt aparır. Mən IDP Azərbaycanın təklif etdiyi peşəkar xidmətlərindən istifadə etməyə qərar verdim. Onların dost heyəti, universitetlərdə barədə geniş məlumat bazası və xaricdə güclü reputasiyası mənə Kvinslend Universtitetində uyğun proqram tapmağa kömək etmişdir. Xüsusilə, mənə hər bir addımda köməklik göstərilmişdir: Universitet seçimi, Müraciət prosesi, Qəbul ofisi ilə yazışmalar, Viza müraciəti və s. Nəticədə, mən proqrama uğurla qəbul olundum və Kvinslend Universitetində Kommersiya üzrə Magistr pilləsinə uğurla qəbul oldum.  Sözün açığı, mən həyatımın bütün vacib addımlarında məni təlimatlandıran IDP Azerbaijan-a öz səmimi təşəkkürümü bildirirəm. 

Rəşad Əlili- The University of Melbourne, Master of Finance

Mən IDP haqqında bu rəyi yazmağıma görə çox şadam, çünki bu mənim IDP-nin məsləhətçisinə öz minnətdarlığımı bildirmək üçün imkandır. IDP-nin məsləhətçisinin dəyərli təlimatları və köməyi olmasaydı, mən Melburn Universitetinə daxil olmaqda çətinliklər çəkərdim. IDP Education dünyanın ən yaxşı universitetlərində ali təhsil almaq istəyən tələbələrə əla məsləhətləşmə xidmətləri göstərir. IDP-də ən çox bəyəndiyim odur ki, onlar günün hər vaxtında sizin bütün problemlərinizi həll etməyə hazırdırlar. Mənim məsləhətçim mənə universitetə müraciətdən başlayaraq tələbə vizası alana qədər mənə bələdçilik etmişdir. Bir neçə ay çəkən çətin proseduralardan sonra mən arzuladığım universitetə daxil oldum və bu uğur IDP məsləhətçisinın köməyi olmasaydı reallaşa bilməzdi. Mən bütün dostlarıma IDP-nin xidmətlərindən istifadə edərək uğurlu gələcəyə təmin etməyi məsləhət görürəm. 

 

 

 

 

 

 

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri