Çox verilən suallar

IDP mənim üçün nə edə bilər?

IDP-nin həm-sahibləri Avstraliya universitetləridir. IDP Avstraliyanın müstəqil beynəlxalq təhsil və peşəkar hazırlıq təşkilatıdır. Biz peşəkar konsultasiya, ərizələrin nəzərdən keçirilməsi, təhsil haqlarının qəbul olunması, viza üçün müraciət, viza prosesi, yaşayış yerinin tutulması, səyahətin təşkil edilməsi, aeroportda qarşılama və səfər öncəsi oriyentasiyanın keçirilməsi sahəsində xidmətlər təklif edir. Bizim təlim keçmiş Avstraliya məsləhətçilərimiz mehriban və dostyanadırlar. Onlar ayağınızı bizim ofisimizə qoyduğunuz andan Avstraliyaya endiyiniz ana qədər sizə yardımçı olacaqlar.

Avstraliyada təhsil almaq üçün necə müraciət edə bilərəm və dərslərim nə vaxt başlayacaq? 

IDP-də keçirilən müşavirə sessiyasında iştirak etdikdən və təhsil almaq istədiyiniz universitetlərin siyahısını seçdikdən sonra ərizənizi attestatınızın təsdiq olunmuş nüsxəsi ilə birlikdə seçdiyiniz hər bir instituta göndərməlisiniz. IDP xidmətlərindən istifadə edən tələbələr üçün attestatın təsdiqi pulsuz həyata keçirilir. Avstraliyada təhsil ili ya fevral, ya da iyul ayında başlayır. Bəzi dərslər isə il boyu keçirilir. Tələbələrə məsləhət görülür ki, təhsil ilinin başlamasına 3-4 ay qalmış müraciət etsinlər. Bu müddət ərzində tələbə vizasını vaxtında vermək və fəaliyyətləri daha yaxşı planlaşdırmaq mümkün olur.

Təqaüd proqramlarına müraciət edə bilərəmmi?

Əksər beynəlxalq tələbələrin ödədiyi təhsil haqları Avstraliya vətəndaşlarının ödədiyi təhsil haqlarından xeyli yüksək olur. Avstraliya tələbələrinin təhsili Hökumət tərəfindən subsidiyalaşdırılır. Avstraliyada beynəlxalq tələbələrə təhsil krediti verilmir. Universitetlərin təklif etdikləri təqaüd proqramları da daha çox magistrlər üçün nəzərdə tutulub.

Universitetlər il boyu müxtəlif təqaüd proqramları elan edir və sizin IDP məsləhətçiləriniz bu barədə sizə mütəmadi olaraq məlumat verəcəklər.

Tədqiqat Proqramı: Bu, Avstraliya hökumətinin dünyanın müxtəlif ölkələrindən olan ən bacarıqlı tələbələrin Avstraliyada araşdırma və tədqiqat apara bilmələri üçün bütün təhsil, elm və təlim (DEST) müəssisələrinin bütün təqaüd proqramlarını bir araya toplamaq üçün etdiyi bir təşəbbüsdür. Bu proqramda 13 mükafat nəzərdə tutulmuşdur ki, onların əksəriyyəti magistr səviyyəsində təhsil alan tələbələrə verilir.

Əlavə məlumat üçün bu sayta baxın: www.endeavour.deewr.gov.au.

VET üçün qəbul şərtləri hansılardır?

Tələbələr üçün minimum qəbul şərtləri orta təhsilin olması və İngilis dili üzrə IELTS nəticələrinin ən azı 5.5 olmasıdır. Bəzi ixtisaslar üçün əlavə qəbul şərtləri də ola bilər, məsələn, dizayn ixtisası üzrə portfelin olması da tələb oluna bilər.

Mən nə vaxt müraciət etməliyəm?

Birinci semestr üçün ərizənin əvvəlki ilin 31 oktyabr tarixində göndərilməsi, ikinci semestr üçün isə həmin ilin 30 aprel tarixində göndərilməsi tövsiyə olunur. Bəzi proqramlarda ərizələrin təqdim olunması üçün son tarix göstərildiyi halda, digər proqramlarda konkret son tarix olmur.

Ərizələr hansı müddətdə nəzərdən keçirilir, magistr təhsili üzrə təhsil haqqı nə qədərdir və ödəmə hansı formada həyata keçirilir?

Bakalavr proqramlarında ərizələrin nəzərdən keçirilmə müddəti 4-6 həftə, magistr proqramlarında isə 6-8 həftə təşkil edir. Təhsil haqqı tələbənin hansı əsas fənləri və əlavə fənləri seçməsindən asılı olacaqdır. Universitet təhsil haqlarını hər il nəzərdən keçirir. Ümumi götürdükdə, İncəsənət, Sosial və Humanitar ixtisaslar üzrə illik təhsil haqqı A$16,000-A$20,000, Biznes və Ticarət üzrə A$16,000-A$25,000, Elm və Mühəndislik üzrə A$18,000-A$25,000, Tibb/Cərrahiyyə və Stomatologiya üzrə A$40,000 təşkil edir. Təhsil haqları aşağıdakı formalarda ödənilə bilər: Teleqraf və ya Bank köçürməsi, Bank çeki və ya kredit kartı.

Magistratura proqramlarının standart semestrdəki təhsil yükü nə qədərdir?

Standart semestrin təhsil yükü 4 fənn, əyani tələbələrin təhsil yükü isə bir semestrdə 3 və ya daha çox fənn təşkil edir. Proqramlarda mühazirələrin keçirilməsi, hər həftə praktiki (laboratoriya) işlərin yerinə yetirilməsi, bəzi hallarda isə tələbələrin sahə işlərində və ya sahə səfərlərində iştirak etməsi nəzərdə tutulur.

Magistratura təhsili üçün ərizə verdikdə GRE/GMAT transkriptini də göndərməliyəmmi?

Bir çox magistratura proqramlarında GRE/GMAT nəticələri tələb olunmur. Lakin Avstraliya universitetlərinin az sayda biznes fakültələri GMAT nəticələrini tələb edə bilər.

Əvvəlki təhsilə görə kredit almaq olarmı?

Əvvəlki üç təhsil ilini bitirmiş tələbələr kredit üçün universitetə müraciət edə bilərlər. Onlar kursun tədris planını hazırlamalı və kredit üçün ərizə formasını doldurmalıdırlar. Kreditin qiymətləndirilməsi ərizənin qiymətləndirilməsindən daha uzun çəkəcək.

Avstraliya universitetlərində təhsil haqları nə qədərdir?

Təhsil haqqı universitet və proqramlardan asılı olaraq dəyişir. Məsələn, İncəsənət, Sosial və Humanitar ixtisaslar üzrə illik təhsil haqqı A$16,000-A$20,000, Biznes və Ticarət üzrə A$16,000-A$25,000, Elm və Mühəndislik üzrə A$18,000-A$25,000, Tibb və Stomatologiya üzrə A$40,000 təşkil edir.

Beynəlxalq tələbələr üçün hansı akademik dəstək proqramları mövcuddur?

Avstraliya universitetləri akademik yazı, təqdimat, dil və təhsil bacarıqları kimi təlimə dəstək xidmətləri təmin edir. Beynəlxalq Tələbə Xidməti Mərkəzləri hava limanında qarşılamaq, karyera ilə bağlı konsultasiya, əlilliyi olan şəxslər üçün yardım və s. xidmətlər təklif edir.

VET üçün qəbul şərtləri hansılardır?

Tələbələr üçün minimum qəbul şərtləri orta təhsilin olması və İngilis dili üzrə IELTS nəticələrinin ən azı 5.5 olmasıdır. Bəzi ixtisaslar üçün əlavə qəbul şərtləri də ola bilər, məsələn dizayn ixtisası üzrə portfelin olması da tələb oluna bilər.

VET üçün qəbul və müraciətin son tarixi nə vaxtdır?

Qəbul ildə iki dəfə: fevral və iyul aylarında olur, amma bəzi özəl kolleclərdə daha çox qəbul ola bilər. Fevral və iyul qəbulu üçün ərizələrin son verilmə tarixi uyğun olaraq dekabr və may aylarıdır. Lakin bəzi spesifik ixtisaslar üçün son tarix daha erkən ola bilər, bəzi institutlarda isə spesifik son tarix olmur.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri