Knight Review

IDP Avstraliya Hökumətinin  rəsmi hesabatı tərəfindən ən yüksək keyfiyyətli təhsil agentlərindən biri hesab olunmuşdur.

2011-ci ilin sentyabr ayında buraxılmış və Avstraliya Hökuməti tərəfindən təsdiqlənmiş yeni prestijli Knight Review-da aşağıdakılar deyilir: 

“Agentlərin keyfiyyəti bir-birindən çox fərqlənir. Spektrin bir tərəfində IDP kimi qruplar dayanır. Bu şirkətə 38 Avstraliya universiteti və onlayn işəgötürmə və təlim şirkəti olan SEEK Limited sahiblik edir. IDP tələbələrin yerləşdirilməsi xidmətləri üzrə 40 ildən çox təcrübəyə malikdir.

“Spektrin digər tərəfində sadəcə cəlbedici adı, bir sürü vədləri və mobil telefonu olan bir sıra fərdi sahibkarlar dayanır.”

Ən yaxşı agentlə məsləhətləşdiyinizdən əmin olun!

 

Knight Review nədir?

Tələbə vizalarının nəzərdən keçirilməsi 2011-ci ilin ilk yarısında Maykl Nayt (Michael Knight) tərəfindən həyata keçirilmiş və Avstraliya hökuməti tərəfindən təsdiqlənmişdir. Bu, IDP də daxil olmaqla, viza siyasətinin beynəlxalq tələbələr üzərində mənfi təsirləri barədə narahat olan beynəlxalq təhsil sahəsində maraqlı tərəflərin ciddi lobbisindən sonra baş tutmuşdur.

Knight Review-nun 41 təklifinin hamısı hökumət tərəfindən qəbul olunmuşdur.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri