Tələbə xidmətləri

IDP məsləhətçiləri sizin büdcə imkanlarınızı, şəhər və digər müstəsna halları nəzərə alaraq, sizin ixtisasınıza və iş təcrübənizə uyğun beynəlxalq ali təhsil müəssisələri ilə bağlı qərəzsiz və peşəkar məsləhətlər təklif edən beynəlxalq təhsil üzrə bazarın aparıcı məsləhətçiləridirlər.

Təhsil müəssisələrinə qəbul prosesi

IDP ofislərində ali təhsil müəssisələrinə qəbulla bağlı bütün müvafiq ərizə formaları, broşurlar və məlumat kitabçaları vardır. Bizim təhsil üzrə təcrübəli məsləhətçi(ləri)miz sizə ərizə formasının doldurulmasında və əlavə sənədlərin sertifikatlaşdırılmasında köməklik göstərəcəklər. Sizin ərizə formanız ali təhsil müəssisəsinə göndəriləcək və beynəlxalq təhsil üzrə məsləhətçiniz universitetin cavabını öyrənəcəkdir.

Siz Avstraliyadan olan təhsil müəssisəsinin nümayəndələri ilə görüşmək imkanı əldə edəcəksiniz. Onlar sizin ərizə formanızı qiymətləndirəcək və qəbul şərtlərinə uyğunluğunuzu müəyyənləşdirəcəklər. Bununla yanaşı, bizim təhsil seminarlarımızda tədris proqramının strukturu və məzunların nəticələrini də müzakirə edə biləcəksiniz.

Universitetin cavabı

Universitetin cavabını ərizə formasını təqdim etdikdən sonra 4-8 həftə ərzində alacaqsınız. Universitet sizin ərizənizə müsbət cavab verərsə, sizə təklif məktubu göndəriləcək. Bəzi hallarda, Avstraliyadan olan təhsil müəssisəsinin nümayəndələri sizin qəbul şərtlərinə uyğunluğunuzu qiymətləndirərək elə müsahibə zamanı bizim ofisdə və ya tədbirdə təklif məktubu çap edərək sizə təqdim edə bilərlər. 

VİZA XİDMƏTLƏRİ

Viza ilə bağlı Seminar və Qiymətləndirmə

Universitet sizin ərizə formanızı nəzərdən keçirdiyi vaxtda sizin IELTS üçün qeydiyyatdan keçməyiniz məsləhət görülür. Avstraliyaya tələbə vizasını almaq üçün sizin IELTS nəticələriniz olmalıdır. Bu zaman, siz viza ilə bağlı seminarda iştirak etməlisiniz. Bu seminarda məsləhətçilər viza ilə bağlı tələbləri izah edəcək və qiymətləndirmə meyarları haqqında məsləhət verəcəklər. Bundan sonra, məsləhətçiniz viza qiymətləndirilməsi həyata keçirəcək və tələbə vizası üçün sənədlərin hazırlanmasında sizə kömək edəcəkdir.

Qəbul olunmağınızın elektron təsdiqi (eCOE)

Təhsil müəssisəsi sizə təklif göndərdikdən sonra, müvafiq təhsil haqqını ödəməli və OSHC (Xarici tələbələrin tibbi sığortası) əldə etməlisiniz. Ödəmələr bank və ya teleqraf köçürməsi vasitəsilə birbaşa instituta edilir. Məsləhətçiniz bütün bu sənədləri, o cümlədən qəbulla bağlı ərizə formasını və sığorta formasını instituta göndərəcəkdir.

Ödəməni qəbul etdikdən sonra, institut elektron təsdiqi (eCOE) işə salacaqdır.  eCOE sizin instituta qəbul olunduğunuzu və təhsil haqqını ödədiyinizi təsdiq edir. Tələbə vizasına müraciət üçün eCOE tələb olunur.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri