IDP-THE2013

 

“TIMES HIGHER EDUCATION” 2012-2013-cü il üçün Dünya Universitetlərinin reytinqini açıqlayıb

 

Avstraliya son dörd ildir ki, ilk 100-lüyə daxil olan təhsil müəssisələri sırasında yer alır. Avstraliyanın əksər universitetləri cədvəldə yüksək yer tutur və Kaliforniya Texnologiya İnstitutunun birinci yerdə olduğu, Harvard Universitetini dördüncü yerə salaraq Oksford və Stenford Universitetlərinin isə ikinci yeri bölüşdüyü siyahıyadakı son 200-lüyə Avstraliyanın digər təhsil müəssisələri əlavə edilmişdir. Asiya-Sakit Okean ölkələri arasında əsas nailiyyətlər Qərbin qabaqcıl təhsil müəssisələrinə aiddir. Yeni Zelandiyanın isə yalnız Oklend Universiteti 200-lükdə yer ala bilmişdir. ABŞ universitetləri hələ də 200 universitet arasında 10-cu və 76-cı yerlər arasında öz liderliyini saxlayır, lakin 51 ABŞ universitetinin reytinqinin düşməsi ilə ciddi həyəcan siqnalı verilmişdir. Böyük Britaniya universitetlərindən bəziləri ABŞ kimi 200 universitet arasında reytinqi düşən təhsil müəssisələri sırasında yer alır. Rusiya və Hindistan 200 təhsil müəssisəsinin yer aldığı reytinq sırasına hələdə daxil ola bilmir, Norveç və İspaniyanın isə siyahıda reytinqi aşağı düşür. Çinin dünya səviyyəsində inkişaf edən universitetlərə qoyduğu böyük investisiya öz faydasını verir.

 "Times Higher Education World University Rankings"-in açıqlamasına əsasən, 2012-13-cü illərdə Avstraliya və Yeni Zelandiyada nəzərə çarpan irəliləyiş müşahidə olunur. Onlar dinamik Asiya-Sakit Okean ali təhsil məkanının bir hissəsini təşkil edir, ABŞ və Böyük Britaniya kimi ənənəvi güclü ölkələr arasında ciddi irəliləyişə nail olmuşdur. Kaliforniya Texnologiya İnstitutu 2012-13-cü il Dünya Universitetləri Reytinqləri siyahısında öz üstünlüyünü qoruyub saxlamışdır, Harvard Universiteti isə ikinci yeri paylaşan Oksford və Stenford Universitetlərinin üstünlüyü əldə etməsilə 4-cü yerdə qərarlaşmışdır. Keçən il olduğu kimi, ABŞ ilk onluqda yeddi yeri tutaraq üstünlüyünü qoruyur. Bu il isə keçən ilki ilə müqayisədə 200-lüyə daha bir müəssisə daxil olmaqla siyahıda 76 təhsil müəssisəsi yer almışdır. Amma Amerikanın bəzi nüfuzlu simalarının uğur qazanan Asiya-Sakit Okean universitetləri arasında reytinqinin düşməsi ciddi narahatçılığa səbəb olur. Avstraliyanın bir nömrəli universiteti olan Melburn Universiteti keçən ilki sıralamaya əsasən 37-ci yerdən 28-ci yerə qalxaraq ilk 30-luğa daxil olmuşdur. 38-ci yerdən bir pillə qalxaraq 37-də qərarlaşan Avstraliya Milli Universiteti bu nailiyyəti davam etdirmişdir. Sidney Universiteti reytinqi cüzi düşən Avstraliya universitetlərindən biridir və 58-ci yerdən 62-ci yerə düşmüşdür. Avstraliyanın digər bir universiteti - Adelaid Universiteti də 200-lüyə daxil olaraq 176-cı yerə adını yazdırmışdır. 200 təhsil müəssisəsi arasındakı səkkiz Avstraliya universitetinin altısı öz mövqelərində ciddi irəliləyiş qazanmışdır. Avstraliyanın bütün  təhsil sektorlarında olan müsbət dəyişiklik 200 təhsil müəssisələri arasındakı yeni reytinq təhlillərinə təsir edir. Buna görə də Avstraliya 200 təhsil müəssisəsi arasında ortalama 15 pillə irəliləyiş əldə edərək dünyada ən böyük üçüncü reytinq rekordunu yaşayır. Bu nəticə də, hər biri ortalama hesabla altı pillə geriləyən ABŞ və Böyük Britaniya ilə müqayisə olunur.

“Times Higher Education rankings” jurnalının redaktoru Fil Beti bildirmişdir: “Xarici tələbələrin işə qəbulu və bəzi reputasiya problemlərinə baxmayaraq, bu il Avstraliya üçün həqiqətən də uğurlu il olmuşdur. Bu uğur təkcə keçən ildən bəri 200-lük siyahıya yeni təhsil müəssisələrinin daxil olması ilə bitmir, eyni zamanda Avstraliya təhsil müəssisələrinin əksəriyyətində ciddi irəliləyişlər qeydə alınmışdır.

İrəliləyişlər əsasən elmi işlər və mənbələrin araşdırılmasında müşahidə olunur. Avstraliyanın öz universitetlərinə sərmayə qoyduğu da açıq aydın görünür. 200-lük arasında olan 75 ABŞ təhsil müəssisəsinin 51-nin Asiya dövlətlərinin güclü sərmayə qoyduğu təhsil müəssisələri ilə rəqabətdə reytinqi aşağı düşmüşdür. 

“The Times Higher Education World University Rankings” 13 müxtəlif fəaliyyət göstəricilərinə əsasən universitetlərin gücünü onların əsas mahiyyəti olan tədrisinə, tətqiqatına, bilik ötürmə səviyyəsinə və beynəlxalq dünya görüşünə əsasən qiymətləndirən və tədqiq edən dünyanın ən müfəssəl reytinq göstəricisidir. Bütün məlumatlar “Thomson Reuters” məlumat provayderi tərəfindən toplanır, təhlil olunur və təsdiqlənir. Bu ilki reytinqlər də 2011-12-ci il üzrə oxşar metodologiya tətbiq edilərək həyata keçirilib və dünyanın ali təhsil və tədqiqat sahəsində qərbdən şərqə doğru güclü yerdəyişməni açıq aydın ortaya qoyub. Bu ilki reytinq nəticələri ABŞ universitetlərinin dövlət tərəfindən maliyyələşdirilməsində güclü kəsirlərin olduğunu göstərir. UC David (38-dən 44-ə) daxil olmaqla digər nəzərə çarpan geriləmələr Pensilvaniya Dövlət Universiteti (51-ci yerdən 61-ə), Massaçusets Universiteti (64-cü yerdən 72-ə), Arizona Dövlət Universiteti (127-ci yerdən 148-ə) və eləcə də Kaliforniya Universiteti kimi əsas tədqiqat müəssisələrində müşahidə olunur. Böyük Britaniya da ali təhsil və tədqiqat sahəsində eyni problemləri yaşayır. Böyük Britaniya universitetlərindən biri (Dandi Universiteti) 200-lük siyahıdan çıxmışdır və hal-hazırda 31 təhsil müəssisi ilə bu siyahıda yer alır. Yerdə qalan 31 universitetin on doqquzu 2012-13-cü il üzrə reytinq sıralamasında ciddi dərəcədə geriləmişdir. Bristol Universiteti (66-dan 74-ə) və Şotlandiyada Qlazqo Universiteti (102-dən 139-a) kimi nüfuzlu təhsil müəssisələrinində reytinqi aşağı düşmüşdür. Bunun əksinə olaraq, Asiya-Sakit Okean universitetləri liderliyi ələ alaraq nəzərə çarpan irəliləyiş əldə etmişdir. 200-lük siyahıda yer alan Çinin hər iki universitetinin reytinqi qalxmışdır. Pekin Universiteti 49-cu yerdən 46-a yüksələrək, Tsinghua Universiteti isə 19 pillə irəliləyərək 71-ci yerdən 52-ci yerdə qərarlaşmışdır. Son dərəcə güclü sərmayə nəticəsində Sinqapurun siyahıda olan hər iki universiteti möhtəşəm uğura imza atmışdır. Sinqapur Dövlət Universiteti 40-cı yerdən 29-a qalxmışdır, Nanyang Texnologiya Universiteti isə siyahıda partlayış edərək 169-cu yerdən 86-cı pilləyə öz adını yazdırmışdır. Siyahıda olan bütün Cənubi Koreya universitetlərində də nəzərə çarpan irəliləyiş müşahidə olunur. Seul Dövlət Universiteti 124-cü yerdən irəliləyərək 59-cu pillədə qərarlaşmışdır. Bununla yanaşı, 200-lük siyahıya Koreyanın yeni bir universiteti- Yonsei Universiteti də daxil olaraq 183-cü yeri tutmuşdur.  Fil Beti deyir: “Şübhəsiz ki, Avstraliya, ali təhsil gücünün qərbdən şərqə doğru dəyişməsindən faydalar əldə etməyə başlayır. Belə ki, Asiyanın maraqlı yeniliklərinə və qaynar tədqiqat mərkəzlərinə daha da yaxınlaşmaq şansı əldə edir. Əgər coğrafi üstünlükdən yararlana bilsə, Avropa və Şimali Amerikanı geridə qoyaraq Asiya-Sakit Okean məkanında ali təhsil inqilabının bir hissəsi ola bilər və bunun mümkünlüyü açıq-aydın ortadadır”.

Əsas Faktorlar:

Dünyanın 200 ən yaxşı universitetləri siyahısında 24 ölkə yer alır- keçən ilkinə nisbətən 2 ölkə azalmışdır.

ABŞ və Böyük Britaniyadan başqa reytinqi ən yüksək olan universitet 12-ci yerdə olan İsveçrə Federal Texnologiya İnstitutudur (ETH Zürich).

Asiyanın bir nömrəli universiteti 27-ci yerdə olan Tokio Universitetidir.

ABŞ və Böyük Britaniyadan sonra 200-lük arasında ən yaxşı ölkə 12 təhsil müəssisə ilə Hollandiya olmasına baxmayaraq reytinqi ən yüksək universiteti olan Leiden Universiteti 64-cü yeri tutur. 

Almaniya 11 təhsil müəssisəsi ilə 200-lükdə yer alır və reytinqi ən yüksək universiteti Lüdviq-Maximilians-Universität München 48-ci yerdədir.

BRHÇ (Braziliya, Rusiya, Hindistan, Çin) adlanan ölkələr qrupundan Rusiya və Hindistanın adı 200-lükdə yoxdur.

Hollandiyanın 12 universitetlərinin hər biri reytinq sıralamasında irəliləyiş əldə etmişdir.

Braziliyanın 200-lükdə olan yeganə universiteti São Paulo 20 pillə irəliləyərək 158-ci yerdə qərarlaşmşdır, digər universiteti olan Kampinas Dövlət Universiteti isə 200-lüyə daxil olmağa doğru irəliləyir.

İtaliya da adı 200-lükdə olmaya ölkələrdən biridir və təhsil müəssisələri 200-400 arasında reytinqi aşağı düşən ölkələrlə sıralanır.

Yaponiyanın digər Asiya dövlətlərinə nisbətən daha çox- 5 universitetinin adı 200-lükdə yer almasına baxmayaraq Asiya dövlətlərinin reytinqi qalxarkən Yaponiya universitetlərinin reytinqində cüzi enişlər müşahidə olunur.  

Keçən il Fransanın 200-lükdə beş universiteti yer almışdı. Bu il isə yeddi universitet ilə siyahıda adı hallanır.

Orta Şərq ölkələrindən 3 təhsil müəssisəsi ilə 200-lükdə İsrail yer alır, keçən il isə siyahıda  İsrailin 2 təhsil müəssisəsi var idi.

İran, Səudiyyə Ərəbistanı və Türkiyə 200-lük arasında yer almayaraq yalnız 200-400 qrupları arasında qərarlaşır.

İsveçrə 200-lük siyahıda yeddi təhsil müəssisəsinin adını qoruyub saxlayır, lakin onlardan ikisinin reytinqində eniş müşahidə olunub.

İrlandiyanın iki təhsil müəssisəsi bu siyahıda yer alır və hər ikisinin adı ilk 100-lükdən aşağıda sıralanır.

İsveçrənin beş universiteti var bu siyahıda və onlardan üçünün reytinqin aşağı düşmüşdür.

Altı ölkənin-Avstriya, Braziliya, Finlandiya, Yeni Zelandiya, Cənubi Afrika və Tayvan bir universiteti yer alır 200-lük arasında

Afrikadan isə cəmi bir universitet- Keyp Taun Universiteti yer alır bu siyahıda, o da 103-cü yerdən 113-cü pilləyə düşmüşdür.

Keçən illə müqayisədə bir universiteti də 200-lüyə daxil olan Belçikanın artıq dörd təhsil müəssisəsi yer alır bu siyahıda və hər biridə öz reytinq mövqeyində irəliləyiş əldə etmişdir.

Yeni Zelandiyanın yeganə təmsilçisi olan Oklend Universiteti reytinqdə irəliləyiş qazanmışdır.

Avstraliyanın da bir universiteti siyahıya daxil olaraq ümumilikdə səkkiz təhsil müəssisəsi ilə adı keçir və onlardan altısının reytinqi qalxmışdır.

ABŞ təhsil müəssisələrinin reytinqi ortalama hesabla 6.5 pillə enərkən, Böyük Britaniyada isə bu ortalama hesab 6.7 pillə təşkil edir.

200-lük arasındakı Cənubi Koreya təhsil müəssisələrinin reytinqi təəccübləndirici dərəcədə 23.5 pillə yüksəlmişdir. Hong Kong təhsil müəssisələri isə orta hesabla 8.5 pillə yüksəlmişdir.

Rəylər:

“Times Higher Education rankings” jurnalının redaktoru Fil Beti deyir: “Dünya üzrə ali təhsil gücünün balansının dəyişdiyinə dair heç bir sübhə yoxdur. Şərqdəki dünya səviyyəsində olan universitetlərə göstərilən güclü dəstək, tədqiqatlar və yeniliklərə qoyulan sərmayələr vasitəsilə iqtisadi biliklərin idarə olunması üçün dövlətin üzərinə götürdüyü öhdəliklər öz faydasını göstərməkdədir. İstisnasız demək olar ki, bütün Asiya dövlətlərindəki–Çin, Sinqapur, Tayvan və Cənubi Koreyadakı– təhsil müəssisələri  dünya reytinqlərində yüksəlişə doğru irəliləyirlər. “ Bunun əksinə olaraq, Qərbdəki maliyyə kəsirləri isə həmin təhsil müəssisələrinə öz mənfi təsirini göstərir. Ənənəvi liderlik sahibi olan ABŞ və Böyük Britaniya isə artıq öz gücün itirir. Bu isə Qərb hökuməti üçün bir siqnal olmalıdır.”

“Times Higher Education World University Rankings” jurnalında yazılanlar haqqında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Innovation and Measuring Progress” şöbəsinin müdiri  Dirk Van Damme  belə deyir:  “Akademik mükəmməllik getdikcə 20-ci əsrin liderlik edən mərkəzlərindən uzaqlaşır. ABŞ və Böyük Britaniya hələdə üstünlüyünü qorumasına baxmayaraq 200 ən yaxşı təhsil müəssisələri siyahısında bəzi reytinq düşmələri ilə qarşı-qarşıya gəlmişdir.”

Van Dammenin nəticə təhlilləri onu göstərir ki, üstün olan 40 təhsil müəssisəsinin rahatlığı onlara mənfi təsir göstərir. Belə ki, 40 və 100 arasında sıralanan müəssisələr isə daha faydalı işlər görməyə çalışır. Onun fikirlərinə görə  “orta hesabla, reytinq sıralamasında ilk 40 universitetdən sonra gələn universitetlərin gördüyü işlər və investisiyalar daha səmərəlidir”. “Əsas problem də həmin lider olan təhsil müəssisələrin rahatlığı və buna görə də yeniliklər və effektiv səylər üzərində az çalışmasıdır. Onlar öz nüfuzlarına arxayın olurlar və resurslarını artırmaq üçün səy göstərmirlər.”

Böyük Britaniyanın universitet və elm naizir David Willetts deyir: “The Times Higher Education World University Rankings 2012-13” göstərir ki, Britaniya yalnız Olimpiya oyunlarnda üstünlüyü əla almır.… Bizim universitetlərimiz də eyni zamanda öz dünya standartları səviyyəsini də qoruyub saxlayır.…lakin biz arxayın ola bilmərik. Xüsusilə, Şərqi Asiya və Sakit Okean məkanında davamlı yüksəlişlər müşahidə olunur… Bu gün hər hansı irəliləyişi olmayan və ya tədricən inkişaf edən ölkəni digər çox çalışan, böyük sərmayələr qoyan və inkişaf edən ölkələr kimi gələcəkdə beynəlxalq cəmiyyətləri ötüb keçərkən görə bilərik.”

Thomson Reuters şirkətinin məhsul meneceri Simon Pratt belə demişdir: “Biz iştirak edən universitetlərin yüksək səviyyəli cəhdlərini və əməkdaşlıqlarını görməyə davam edirik. Bu il “Institutional Profiles” layihəsində 700 fəal iştirak edən təhsil müəssisəsi var idi. Bu ciddi məlumat toplama prosesini və təhlilinin təsdiq edir. Müəssisə Profilləri təşəbbüsü üzrə dördüncü ilə daxil olmaqla, dünya Universitetləri haqqında böyük və əhatəli göstəricilərimiz var və bu, Thomson Reuters-in müəssisə, reputasiya və əsas qaynaq məlumatlarında öz əksini tapmışdır.

Bu isə “Times Higher Education World University Ranking”-in ideal təməlidir. 

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri