Çox verilən suallar

IDP mənim üçün nə edə bilər?

IDP sizə ABŞ-dakı universitet və proqramlarla bağlı akademik konsultasiya təklif edəcək və bütöv müraciət və tələbə vizası prosesində sizə kömək edəcəkdir. Sizin məsləhətçiniz sizə hər bir addımda lazım olan məsləhətləri verəcək və sizin müraciətinizi, ödəniş və viza üçün son tarixləri izləyəcəkdir. Bundan əlavə, sizin məsləhətçiniz sizi ABŞ-da tələbə həyatına hazırlamaq üçün səfər öncəsi təfsilatlı oriyentasiya sessiyası keçirəcəkdir.

Mən bütöv müraciət və viza prosesində mənə kömək edəcək bir məsləhətçi əldə edəcəyəmmi?

Bəli, IDP-yə müraciət etdiyiniz zaman sizin fərdi məsləhətçiniz olacaq və o, sizə bütöv proses boyunca bələdçilik edəcəkdir.

ABŞ bakalavr səviyyəsinə müraciət etmək üçün hansı tələblər qoyulur?

Minimal qəbul tələbi tam orta təhsili uğurla tamamlamaqdır. Bəzi institutlar SAT, IELTS, və ya TOEFL kimi bir testdən keçməyinizi tələb edə bilər.

ABŞ magistr və Ph.D. səviyyəsinə müraciət etmək üçün hansı tələblər qoyulur?

Minimal qəbul tələbi bakalavr dərəcəsini uğurla tamamlamaqdır. Bəzi universitetlər müraciət etdiyiniz proqramdan asılı olaraq GRE, GMAT, IELTS və ya TOEFL kimi bir testdən keçməyinizi tələb edə bilər.

Ph.D. proqramına qəbul olunmaq üçün magistr dərəcəsini bitirməkdən əlavə siz öz tədqiqat bacarıqlarınızın sübutunu nümayiş etdirməli və ola bilsin ki,  GRE general və IELTS və ya TOEFL testindən əlavə GRE subject testini verməlisiniz.

ABŞ institutlarına qəbul olunmaq üçün mən hansı qəbul testlərindən keçməliyəm?

Qəbul imtahanı tələbləri institutdan-instituta fərqlənir. Əksər institutlar IELTS və ya TOEFL kimi bir ingilis dili testi tələb edirlər. Verməyiniz tələb oluna bilən GMAT, GRE, SAT və s. kimi digər standartlaşdırılmış testlər müraciət etdiyiniz proqramdan asılıdır.

Mənim üçün ən yaxşı institut hansıdır?

ABŞ universitetlərinin heç bir rəsmi reytinq cədvəli yoxdur. İnstitutlar akkreditasiya statusuna əsasən qiymətləndirilir. Sizin üçün ən yaxşı institut sizin akademik profilinizə uyğun gələn və təhsil, karyera və həyat məqsədlərinizə cavab verən institutdur.

ABŞ-da təhsil və ya yaşayış xərci nə qədərdir?

Təhsil haqları əsasən illik USD 10,000 - USD 55,000 arasında dəyişir. Yaşayış xərcləri yaşadığınız şəhər, yaşayış yeriniz, həyat tərziniz və kitab, geyim, əyləncə, səyahət və s. kimi əlavə xərclərdən asılı olaraq illik USD 12,000-dən az məbləğdən USD 24,000-ə qədər dəyişir.

ABŞ-da təhsil almaq üçün mən maliyyə dəstəyi ala bilərəmmi?

Bəli, ABŞ institutları təqaüd, stipendiya, universitetdə iş, tədris assistentliyi, inzibati assistentlik, tədqiqat assistentliyi, internlik və s. formalarda maliyyə dəstəyi təklif edir. Məbləğlər təhsil səviyyəsindən, eləcə də proqramın növündən asılı olaraq fərqlidir. Maliyyə dəstəyi təklifləri rəqabətlidir və tələbələr müstəsna akademik və əlavə bacarıqlar nümayiş etdirməlidirlər.

Mən ABŞ-da təhsilimə nə vaxt başlayacağam?

Əsas qəbul vaxtları payız (sentyabr) və yazdır (yanvar), lakin bir çox universitetlərdə yay (may və ya iyun) qəbulu da vardır.

Mən müraciət prosesinə nə vaxt başlamalıyam?

Müraciət prosesinə qəbul vaxtından ən azı 12 – 15 ay əvvəl başlamağınız məsləhət görülür ki, hazırlıqlara və standart qəbul testi üçün hazırlaşmağa kifayət qədər vaxtınız olsun.

IDP-nin ABŞ institutları ilə hər hansı xüsusi əlaqələri varmı?

Bəli, IDP-nin bir sıra ABŞ institutları ilə xüsusi əlaqələri vardır, bu da mütləq şəkildə sizin müraciətinizin daha tez bir zamanda qiymətləndirilməsi və başqa tələblərlə bağlı sizə bir sıra üstünlüklər təmin edəcəkdir. 

IDP mənə səfər öncəsi rəsmi məsələlərlə bağlı kömək edəcəkmi?

Bəli, IDP səfər öncəsi oriyentasiya sessiyası təşkil edəcək və bu, sizə ABŞ-da tələbə həyatına uyğunlaşmaqda kömək edəcək və fərqli mədəniyyətlə bağlı olan məqamlara, bilet, tibbi sığorta, valyuta mübadiləsi və s. məsələlərə toxunacaqdır.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri