Avstraliyada Menecment

 

Menecment dərəcəsi Biznes İdarəetməsinin müxtəlif sahəsində tələbələr üçün dünyanın qapılarını açır. Menecmentlik həm məzunlar, həm də peşəkarlar tərəfindən ən çox can atılan bir sahədir.

 

Avstraliyada Menecment

Bankçılıq və Maliyyə, Peşəkarmühasibatlıq, Personal idarə etmə və bu kimi digər ixtisaslar arzusunda olan beynəlxalq tələbələr arasında Avstraliyada Menecment ən geniş yayılmış seçimlərdən biridir. Avstraliyada Menecment fakultəsi tələbələri iş imkanı ilə yanaşı sürətli tədris proqramı, təcrübə və praktiki tapşırıqlarla da təmin edir. Qəbul üçün Bakalavr Dərəcəsi və həmin dərəcəni bitirdikdən sonra ən azı iki il iş təcrübəsi tələb olunur. Eyni zamanda bəzi universitetlərdə iş təcrübəsi olmadan da qəbul mümkündür. Avstraliyada Menecmentlik tələbələri ikili (Dual) dərəcə ilə təmin edir: MBA + İnformasiya Sistemlərinin Magistr Dərəcəsi, İnformasiya Texnologiyaları üzrə magistr Dərəcəsi+ MBA, Kommersiya Magistratura Dərəcəsi + İnformasiya Texnologiyaları üzrə magistr Dərəcəsi və s. IDP-nin Partnyor Universitetlərinin siyahısını görmək üçün buraya daxil olun

 

Birləşmiş Krallıqda Menecment

Birləşmiş Krallıqda Menecment əsrlərdir davam edən yükək keyfiyyətli təhsil və təcrübə ilə təmin edir. Birləşmiş Krallıqda Menecment təhsilinin bir üstünlüyü də onunmüddətidir; bütün dünyada iki il olduğu halda Birləşmiş Krallıqda isə bir ildir. Eyni zamanda, digər ölkələrdən fərqli olaraq Birləşmiş Krallıqdakı universitetlərin əksəriyyəti 3 il olması ilə tanınır. Birləşmiş Krallıqda Menecment təhsili almanın üstünlüklərinə beynəlxalq səviyyədə tanınan ali təhsil standartları almaq, intensiv dərslər və 12 aydan sonra müvəffəqiyyətlə təhsili başa vurma,pul qazanmaq üçün yüksək şans və sıfırdan başlayaraq beynəlxalq dünya görüşünə sahib olmaq daxildir. Birləşmiş Krallıqda Menecment təhsili nəinki karyera qurmaq üçün lazım olan bilik və bacarıqlarla təmin edir, eyni zamanda Avropa bazarı və biznes mühitində əlaqələr qurmağınıza və dünya görüşü əldə etmənizə imkan yaradır. Birləşmiş Krallığının IDP-nin PartnyorUniversitetlərinin siyahısını görmək üçün buraya daxil olun

 

ABŞ-da Menecment

ABŞ-da Menecment tələbələrin və cəmiyyətin tələblərini qarşılayan daha praktiki, tətbiqi, müasir və inkişaf edən kurslar təqdim edir. ABŞ-da Menecment kursunu başa vurduqdan sonra tələbələr qoşulduğu təşkilatlara daha da dəyər qatır və iqtisadi dəyişikləri öz biznes strategiyalarına necə daxil etmək lazım olduğunu dərk edir. ABŞ-da menecment kursları məsələlərə necə yanaşmağı və onların fərqli və hərtərəfli həlli yollarını tapmağı öyrədir. Eyni zamanda da beynəlxalq tələbələrə dünya bazarında daha rəqabətli olmağı öyrədir. AACSB (Association of Advanced Collegiate Schools of Business) və Menecment Təhsili üzrə Beynəlxalq Assosiasiya biznes administrasiyası və menecment sahəsində ABŞ-ın akademik proqramların akkreditasiyası üzrə məşğul olan əsas orqanlarıdır. IDP-nin Partnyor Universitetlərinin siyahısını görmək üçün buraya daxil olun

 

Kanadada Menecment

Əgər sən hər şeydən əvvəl yüksək səviyyəli həyat tərzi axtarırsansa, Kanadada Menecmentlik kursu sənin üçün ən gözəl seçimdir. Kanada Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaşamaq üçün yüksək qiymətləndirlən ölkələr sırasındadır. Kanadada 10 aydan 2 ilə qədər müxtəlif müddətli Menecmentlik kursları həyata keçirilir. Bu proqramlar ümumiləşdirilmiş, ixtisaslaşdırılmış və birləşdirilmiş cərəyanlara əsasən 3 qrupa bölünür. Kanada da Menecment ixtisasına sahiblənmək üçün 4 illik bakalavr dərəcəsi, müvafiq GMAT balı, iş təcrübəsi və ilkin təhsilini qeyri-ingilis bölməsində almış beynəlxalq tələbələr üçün isə İELTS və bu kimi ingilis dili testi nəticəsi tələb olunur. Hər bir məktəb ilkin şərtlərlə yanaşı xüsusi qəbul meyarları təşkil edir. Kanadada menecment təhsili alan beynlxalq tələbələr üçün təhsil haqqı digər universitetlərlə müqayisədə daha ucuzdur. IDP-nin Partnyor Universitetlərinin siyahısını görmək üçün buraya daxil olun

IDP Təhsil xidmətlərindən istifadə edərək qeydiyyatdan keçmək üçün xahiş edirik müraciət formasını doldurun

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri