Ana səhifə

Amerika Birləşmiş Ştatları xaricdə təhsil xəyallarınızı həyata keçirmək üçün ən yaxşı seçimdir. Hal-hazırda, xaricdə təhsil alan beynəlxalq tələbələrin 30%-i (təxminən 672,000) ABŞ-ın müxtəlif universitetlərində və institutlarında təhsil alır.

Amerika universitetləri öz təhsil, təlim və tədqiqat keyfiyyətləri ilə hər kəsə bəllidir. Universitetləri ali təhsil sistemlərinin imkanlarına, mühitinə, əlaqələrinə və nəticələrinə əsasən qiymətləndirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) hazırladığı 2012-ci il ali təhsil sistemləri siyahısında ABŞ yüksək yer tutur.

ABŞ-da təhsil  beynəlxalq tələbələrin dünyanın ən yaxşı təhsil müəssisələrində istədikləri dərəcəni alması üçün geniş imkanlar yaradır. Bakalavr tələbələrinə fənnlər və ixtisas sahələri üçün qabaqcıl proqramlar təklif olunur. Magistratura və doktorantura tələbələrinə dünyanın ən yaxşı tədqiqatçıları ilə birgə işləmək və öyrənmək imkanları təklif olunur. 

 

IDP Education Azərbaycan

IDP Azərbaycan öz Bakı ofisi və yüksək səviyyədə təlimdən keçmiş məsləhətçiləri və müasir müştəri əlaqələrinin idarə edilməsi sistemi vasitəsilə bütün Avstraliya universitetlərində və müştəriləri olan Birləşmiş Krallıq, ABŞ, Kanada və Yeni Zelandiya universitetlərində  tələbələrin yerləşdirilməsi xidmətlərini təklif edir. Ətraflı...

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri