Yataqxanalar

Yeni Zelandiyada xarici tələbələrin yerləşdirilməsi

Yataqxanalar

Bu cür yataqxanalar təhsil verən müəssisənin daxilində və ya ona yaxın məsafədə yerləşir və Yeni Zelandiyada ən çox yayılmış tələbə yerləşdirmə formasıdır. Tələbələr bir və ya iki nəfərlik otaqlarda qala bilərlər. Bəzi yataqxanalar öz tələbələrinə nahar da təklif edir. Əsas təmizlik xidmətləri təmin olunsa da, tələbələrin də öz otaqlarını təmizləməsi onlardan tələb olunur.

Ailə yanında yerləşmə

Bəzi tələbələr Yeni Zelandiyalı bir ailənin evinə yerləşdirilir və onlara ailənin bir üzvü kimi davranılır. İngilis dili öyrənən tələbələrin təhsili elə bu cür evlərdə qalmaqla başlayır. Tələbələr üçün xüsusi otaq ayrılır və yeməklə təmin olunurlar. Camaşırlarını yumaq üçün də onlar üçün hər cür şərait təşkil olunur.

 

Özəl Mehmanxanalar

Tələbələr özəl evlərdə və mehmanxanalarda yaşaya bilərlər. Bu cür yerlərdə onlar üçün nahar təmin olunur. Özəl evlərdə yaşayan tələbələrlə ailə yanında qalanlar arasındakı əsas fərq ondadır ki, tələbəni ailə yanına yerləşdirən şəxs və ya təşkilat daha öncədən ailənin buna uyğun olub-olmadığını öyrənir. Özəl evlərdə qalanlar üçün isə bu cür tədbirlər görülmür.

 

Ev kirayələmək

Bu cür yerləşmə üsulu həm bina, həm də həyət evləri üçün nəzərdə tutulur. Tələbələr evi bəzən tək, bəzən də bir neçə nəfər ilə birlikdə kirayəyə götürə bilərlər. Əgər bir evi bir neçə tələbə kirayəyə götürürsə, zaman kirayə pulu, kamunal ödənişlər onlar arasında bölüşdürülür.

Tələbə Xidmətləri