Çox verilən suallar

 

Fakültə seçərkən nələrə diqqət etməliyəm?

Fakültə seçərkən maraqlandığınız sahəyə uyğun olanını seçin və IDP məsləhətçiləri ilə məsləhətləşin. Universitetin broşuralarında və internet saytlarında fakültələrin tərkibini diqqətlə incələyin.

 

Seçdiyim fakültə və müəssisə yüksək standartlara sahibdir?

Yeni Zelandiyada ali təhsil verən bütün universitetlər və Texniki və Politexnik məktəblər dövlətin nəzarətindədir. Universitetlər bakalavr, magistr və araşdırma əsaslı proqramlar təklif edirlər. Texniki və Politexnik İnstitutlar peşə və bacarıq tələb edən bir sıra proqramlar təklif edirlər.

Yeni Zelandiyada təhsil mərkəzləşmiş keyfiyyətin təminatı sisteminə malikdir.(NZQA) NZQA tələbənin daha öncəki təhsildə əldə etdiyi nəticələrlə təhsil müəssisələri arasında əlaqə qurmağa çalışır. Yeni Zelandiya universitetləri beynəlxalq səviyyədə böyük nüfuza malikdir. Başqa ölkələrlə müqayisədə Yeni Zelandiya universitetləri dünyadakı 500 ən yaxşı universitet arasındakı tutduğu yerə görə daha böyük faiz nisbətinə sahibdir. Yeni Zelandiyadakı bütün institutlar beynəlxalq arenada Yeni Zelandiya Hökuməti Agentliyi adı ilə təmsil olunmaqdadır.

Yeni Zelandiya təhsil sistemi çox dərin keyfiyyətə malikdir. Ona görə də tələbələrin hansı təhsil müəssisəsində oxumasından heç bir narahatçılığı olmamalıdır.

 

Xarici tələbələrə hansı maliyyə yardımları edilə bilər?

Sizin IDP məsləhətçiləriniz müxtəlif təqaüd proqramları haqda məlumata sahibdirlər.

Yeni Zelandiya tələbələrin təhsil xərclərini nəzərdə tutaraq bir sıra  proqramlar təklif edir. Tələbələrə viza, sağlamlıq və digər yaşayış xərclərini qarşılayan proqramlar təklif edilir. Deloittennin 2009-cu il üçün Xarici Tələbələrin Xərcləri ilə bağlı hesabatında bakalavr təhsili üçün Yeni Zelandiyanın digər ölkələrlə müqayisədə daha əlverişli olduğu göstərilmişdir.

 

Oxumaq və eyni zamanda işləmək üçün hansı imkanlar mövcuddur? 

Universitetlərin bir çoxunda öz iş bacarıqlarını inkişaf etdirmək üçün tələbələr üçün əmək yarmarkaları mövcuddur. 12 aylıq təhsil proqramından qeydiyyatdan keçən hər bir tələbənin dərs günlərində həftədə 20 saat olmaqla “part-time”, tətil günlərində isə “full-time” işləmək imkanı olur.

Əyani oxuyaraq yarım ştat işləyən tələbələrin ali təhsil və özəl təlim müəssisələrində təhsil müddəti ən a 2 il olmalıdır və ya  Yeni Zelandiyanın Təcrübəli Miqrant Kateqoriyasının (Skilled Migrant Category) tələblərinə cavab verməlidir.

Tələbələr onların iş tapmasına kömək edən Tələbə İş Axtarış (Student Job Search) təşkilatına müraciət edə bilərlər. Bu təşkilat yay tətilində və müvəqqəti yarım ştat iş tapmaqlarında tələbələrə kömək edir. Sözü gedən təşkilat Yeni Zelandiya Hökuməti, ali təhsil müəssisələri və tələbə assosiasiyaları tərəfindən maliyyələşdirilib tələbə assosiasiyaları tərəfindən isə idarə olunur.

 

Yaşamaq üçün yeri necə tapa bilərəm?

Yeni Zelandiyada xarici tələbələrin 4 növ yaşayış yeri seçmə şansı var. Bunları yataqxanalar, ailə yanına yerləşmələr, özəl evlər və kirayə mənzillər təşkillər edir.

Universitet və kolleclərdən kənardakı xüsusi yaşayış evləri, başqa tələbələrlə birlikdə qaldığı təqdirdə daha ucuz ola bilir ki, bu da sadəcə magistr və doktorantura tələbələrinə aiddir. Əgər siz bu cür yaşayış yeri axtarırsanızsa, bunun üçün daha öncədən müraciət etməli və 1-2 ay əvvəlcədən Yeni Zelandiyaya getməlisiniz.

Bakalavr tələbələrinin isə təhsillərinin ilk ilində universitet daxilindəki yataqxanalarda yerləşməsi daha məqsədə uyğundur. Bu cür yataqxanalar ya universitet daxilində ya da ki ona yaxın məsafədə yerləşir.

 

Universitet üçün müraciət etməyə nə zaman başlaya bilərəm?

Viza prosesi və universitetdən qəbul məktubunu zamanında əldə etmək üçün müraciətinizə 4 ay öncədən başlamağınız məsləhətlidir.

 

Yeni Zelandiyaya qəbul zamanları

Qəbullar ildə iki dəfə, adətən Fevral və May/İyul aylarında baş tutur. Lakin bəzi universitetlər vardır ki, onlar 3 semestrlik təhsil sisteminə malikdirlər.

Universitetlərin bir çoxunda tədris ili Fevral ayında başlayır və 1-ci semestr İyun ayında başa çatır. Tələbələrə ikinci semestrə başlamadan öncə iyul ayında 2 həftədən 4 həftəyə kimi qış fasiləsi verilir. Yeni Zelandiyada yay Dekabr ayından Fevral ayına kimi davam edir.

 

IDP-nin Yeni Zelandiyadakı institutlarla xüsusi əlaqələri var?

Bəli, IDP-lər sizin müraciətlərinizi ən yaxşı şəkildə dəyərləndirmək üçün Yeni Zelandiyanın xüsusi institutları ilə müqavilə imzalayırlar. IDP məsləhətçiləri Yeni Zelandiya universitetlərindəki qeydiyyat məsələləri ilə bağlı olaraq sizə dəqiq və dolğun məlumat verəcəklər və sizə qeydiyyat prosesindəki bütün mərhələlərdə yardım edəcəklər.

 

IDP oraya getmədən öncə bütün formal məsələlərdə mənə kömək edəcəklər?

Bəli, IDP-lər sizin Yeni Zelandiyaya rahat tələbə həyatı yaşamağınız üçün sizə daha öncədən uyğunlaşma proqramını tətbiq edəcəklər

Tələbə Xidmətləri