İmtahan xidmətləri

 

 

IELTS dünya səviyyəsində təhsil müəssisələri, biznes və dövlət tərəfindən etibar edilərək tanınan İngilis dili səviyyəsinin yoxlanmasıdır. IELTS nəticəsi tələb edən Universitetlərə və təşkilatlara daxildir:

  1. Avstraliyadakı bütün universitetlər və digər təhsil müəssisələrinin əksəriyyəti, Kanada universitetlərinin bir çoxu ilə yanaşı yeni Zelandiya və Böyük Britaniya təhsil müəssisələri

  2. ABŞ-da 3,000-dən artıq ali təhsil müəssisəsi və təhsil proqramları

  3. Avstraliya, Kanada, Yeni Zellandiya və Böyük Britaniyadakı immiqrasiya orqanları

  4. Dünyadakı mühasibat, mühəndis, hüquq, tibb və tibbi yardım kimi sahələri əhatə edən peşəkar qeydiyyat orqanları

  5. Bank və maliyyə, hökumət, tikinti, enerji və təbii sərvətlər, aviasiya, səhiyyə və turizm sektorlarındakı işəgötürənlər

  6. Dövlət dili ingilis dili olmayan ölkələrdə tədris dili ingilis dili olan universitetlər.

 

Artıq hər kəsə bəllidir ki, IELTS dünyanın ən tanınmış İngilis dili testi sistemidir.  IDP ilə birgə sahibdir: IELTS Avstraliya, British Council və University of Cambridge ESOL Examinations. IELTS testləri dünya mərkəzlərində idarə olunur – hal-hazırda dünyanın 135 ölkəsində 800 dən artıq test mərkəzi var. Azərbaycanda isə , IDP: IELTS Avstralya və and British Council tərəfindən həyata keçirilir.

Sizə uyğun test tarixini və yerini seçin.

IELTS haqqında daha ətraflı məlumat əldə etmək, müraciət qaydalarını öyrənmək və hazırlıq materiallarını yükləmək üçün  www.ielts.az saytına daxil olun. IELTS ilə bağlı hər hansı sualınız olarsa  ielts@ielts.az email adresimizdən bizimlə əlaqə saxlaya bilərsiniz.

Tələbə Xidmətləri