Təhsil Haqqı

Yeni Zelandiyada təhsilin qiyməti digər xarici ölkələrdəki ilə çox asan şəkildə müqayisə edilə bilər. Yeni Zelandiyada təhsilin ən gözəl tərəfi ondadır ki, burada sənin pulun çox dəyərlidir. Yaşayış və təhsil xərcləri müqayisə olunacaq dərəcədə aşağıdır. Yeni Zelandiya tələbələrə təhsil haqqı və viza və ya səhiyyə xərcləri kimi bir çox ödənişləri qarşılamaq üçün bir sıra müxtəlif proqramlar təklif edir. Təhsil haqqı təhsilin növündən (bakalavr və ya magistr) və müddətindən asılı olaraq dəyişir. 

VISA Tələbləri

Tələbə vizası əldə etmək üçün siz təhsil və yaşayış xərclərini, həmçinin yol xərclərini qarşılaya bildiyinizi sübut etməlisiniz. Siz bəzi xərclərinizi təhsil müddətində “part-time” işləyərək qarşılaya bilərsiniz. Lakin siz burdan əldə edəcəyiniz maaşa arxayın olmamalısınız.

Yaşayış Xərcləri

Büdcənizi müəyyənləşdirərkən diqqətə almağınız vacib olan digər xərclər ölkədaxili səyahət xərcləri ilə yanaşı telefon, əyləncə, geyim, qida və digər təsadüfi xərclərdir. Semestr aralarında öz ölkənizə dönə bilmə ehtimalınız olduğu üçün, büdcə müəyyənləşdirərkən beynəlxalq yol xərclərini də nəzərə almağınız məsləhətli olardı.

Tələbə Xidmətləri