8 Asan addım

Məsləhət sessiyası

Bizim məsləhətçilər sizin ixtisasınıza, iş təcrübənizə, fakültənin uyğunluğuna və büdcənizə əsaslanaraq doğru qərar verməyinizə yardım edəcəklər. Əgər siz ərizənizi təqdim etmədən öncə İELTS imtahanına girməmişsinizsə sizin IDP-dəki imtahan üçün qeydiyyatdan keçməyiniz məsləhət görülür.

Şəxsi qiymətləndirmə

Bütün viza proseduraları bütün incəliklərinə qədər tələbələrə izah olunur. Hər bir fərdin viza əldə edə bilmə qabiliyyətinə sahib olması ayrılıqda qiymətləndirilir.

Ərizənin təqdim olunması

Uğurlu ərizələr IDP-lər vasitəsi ilə institutlardan qəbul məktubu alırlar. Bu mətbular şərti və ya qeyri-şərti ola bilirlər.

Bu mərhələlərdə ərizələrin dəyərləndirilməsi müvafiq olaraq aşağıdakılar kimidir:

  1. Bakalavrlar üçün 4 həftə
  2. Magistrlar üçün 4-8 həftə
  3. Doktorantura üçün 6-8 həftə
  4. Məktəblər, kolleclər və hazırlıq sinifləri üçün isə 1 həftə

Təhsil xərcləri və Sığorta

Ərizənizi təqdim etdikdən sonra, sizə ərizənizi təsdiq etməyiniz barədə qəbz gəlir. Əgər siz bunu təsdiq etsəniz, sizə qalmaq yeri barədə təklif yollanılır. Əgər bunu qəbul etmək istəyirsinizsə, siz həmin təklif kağızını imzalayır və ora həmin günün tarixini yazaraq onu bütün ödənişləri etməklə yenidən IDP-lərə yollayırsınız.

Bir xarici tələbə kimi sizin Yeni Zelandiyada müvafiq tibb və səyahət sığortanız olmalıdır. Bu sizin Yeni Zelandiyadakı təhsil müddətinizlə yanaşı, bu ölkəyə gəlmə və getmə xərclərinizi də əhatə etməlidir.

Viza müraciəti

Xarici tələbələrin Yeni Zelandiyada təhsil ala bilməsi üçün vizaları olmalıdır. IDP-lər sizə viza ərizə forması və təqdim edilməsi vacib olan sənədlərin siyahısını yollayırlar. Əgər bu sizin təhsilinizin ilk semestridirsə siz ödəyəcəyiniz təhsil məbləğini də burada göstərməlisiniz.

Tibbi yoxlanış

Əgər siz Yeni Zelandiyaya ilk dəfə gəlirsinizsə siz viza almaq üçün tibbi arayış və rentgen sənədi təqdim etməlisiniz. Tibbi arayış və rentgen sənədi hər 24 aydan bir tələb olunur. Lakin Yeni Zelandiyanın İmmiqrasiya xidməti bunu sizdən istənilən an tələb edə bilər.

Gəliş-gedişin və yerləşmənin nizamlanması

Viza əldə etdikdən sonra təyyarə biletinizi alın və xarici valyuta əldə edin. Siz uçuş haqqında məlumatlarınızı IDP məsləhətçilərinə yolladıqdan sonra onlar sizə universitet daxilində və yaxınlığındakı yerləşmə yerləri barədə hər bir məlumatı yollayacaqlar.

Uçuşdan öncə

Siz Yeni Zelandiyada təhsilin və yaşayışın bütün detallarını IDP-nin öyrəşmə proqramında əldə edəcəksiniz. Oxuyacağınız universitetin məzunları, hazırkı tələbələri və gələcək qrup yoldaşlarınla görüşmək çox böyük bir fürsətdir. IDP-nin öyrəşmə proqramı daha çox Yanvar və İyun aylarında baş tutur

 

 

Tələbə Xidmətləri