Yeni Zelandiyada Təhsil

Keyfiyyət

  • Yeni Zelandiyada əldə edilmiş təhsil dərəcələri dünyadakı sənaye liderləri və mütəxəssislər tərəfindən tanınır və yüksək qiymətləndirilir. 
  • Yeni Zelandiyanın NZQA adlandırılan mərkəzləşdirilmiş keyfiyyətin təminatı sistemi var. Bu sistem bütün təhsil müəssisələrindən tələb edir ki, tələbələri təhsil standartlarına uyğun olaraq qeydiyyatdan keçirsinlər.

Innovasiya

  • Yeni baxış, yeni ideyalar yaradar. Gənc millət olan Yeni Zelandiyalılar özlərinin ‘kiwi’ kimliklərini və düşüncə tərzlərini inkişaf etdirərək bu yolda irəliləyirlər.
  • Bu yenilikçi ruhu təcəssüm etdirən Yeni Zelandiyalılara hər ikisi kimya elmi üzrə Nobel mükafatçısı olmuş Ernest Rutherford və Alan MacDiarmidi, həmçinin “Üzüklərin hökmdarı” filmində valehedici görüntü effektləri yaradan ‘Weta Workshop’ şirkətinin sahibi Riçard Teyloru göstərmək olar.

Həyat Tərzi

  • Yeni Zelandiya təravətli təbiət və səs-küylü şəhər həyatının və mədəniyyətinin qarşılıqlı ahəngindən ibarətdir. 
  • Yeni Zelandiyanın şəhərləri çoxmillətli olub, fərqli-fərqli kafelərə, ticarət mərkəzlərinə və gecə həyatına sahibdirlər.
  • Yeni Zelandiya özlərinin Maori mədəniyyətindən qidalanan, həmçinin dünyanın fərqli məkanlarından gələn insanlardan ibarət olan çoxmillətli bir cəmiyyətə sahibdir.

Qiymətlər

  • Yeni Zelandiya tələbələrin təhsil xərclərini nəzərdə tutaraq bir sıra proqramlar təklif edir. 
  • Tələbələrə viza, sağlamlıq və digər yaşayış xərclərini qarşılayan proqramlar təklif edilir.

Öyrənərək qazanmaq

  • 12 aylıq təhsil proqramından qeydiyyatdan keçən hər bir tələbənin dərs günlərində həftədə 20 saat olmaqla “part-time”, tətil günlərində isə “full-time” işləmək imkanı olur.
  • İşləmək, tələbələrin gələcəkləri üçün əla iş təcrübəsi qazandırır və onların insanlarla qaynayıb-qarışmasına böyük töhfə verir.

İş imkanları

  • Yeni Zelandiyanın işçi bazarında mövcud olan işçi qıtlığına görə yeni məzun olmuş tələbələrin işə qəbul olunmasına yüksək tələb var. 
  • Tələbat olan sahələrdə bacarığı olan və bu ölkədə uzun müddət qalmaq istəyən insanlar Bacarıqlı Miqrant Vizası verilir. Bu viza sayəsində onlar Yeni Zelandiyada daimi olaraq yaşaya və işləyə bilərlər.

Təhlükəsizlik və Sülh

  • 2011-ci ilin Qlobal Təhlükəsizlik Göstəricisinə görə Yeni Zelandiya dünyanın ən təhlükəsiz ikinci ölkəsi olmuşdur. (Mənbə: İqtisadi və Sülh araşdırmaları İnstitutu)
  • Yeni Zelandiyada siyasi sabitlik və sosial tolerantlıq hökm sürür.

  • Geniş Çöllər

  • Yeni Zelandiya vulkanları, qarla örtülü yüksək dağları, görkəmli gölləri, ağ qumlu çimərlikləri ilə tayı bərabəri olmayan gözəlliklər diyarıdır.
  • Yeni Zelandiyanın qədim landşaftı ekstremal çöl fəaliyyətləri üçün uyğun bir məkandır. Dağa dırmaşmadan tullanma idmanlarına, üzgüçülükdən bərə idmanına kimi çöl oyunlarını sevən hər kəs üçün Yeni Zelandiya çox gözəl bir ölkədir.

Dəstək

  • Yeni Zelandiya yüksək peşəkarlıqda standartlara, dəstəkləyici öyrənmə mühitinə və tələbə rifahı üçün xüsusi qayğıkeşliyə malikdir.

Tələbə Xidmətləri