Hazırda və tədbirlər

Təhsil Sistemi

Yeni Zelandiya təhsil sistemi aşağıdakılara geniş şəkildə bölünür:

Ali Təhsil Sektoru:

  • Universitetlər: Yeni Zelandiyada bakalavr və magistratura dərəcələri üzrə səkkiz universitet fəaliyyət göstərir. Universitetlər tədqiqat əsaslı və dövlət universitetləridir. Akademik dərs ili noyabr ayından başlayaraq marta qədər davam edir (bəzi kurslar yanvar və ya iyul aylarında başlayır).
  • Texnologiya və Politexnik İnstitutları: Yeni Zelandiyada politexnik institutları 1989-cu ildə qəbul olunmuş Təhsil Qanunundakı düzəlişlərə əsasən yaradılmışdır  və  universitetlər, təhsil kollecləri  və wãnanga (Yeni Zelandiyanın dövlət institutu) ilə yanaşı dövlət ali institutlarına əsaslanır. Yeni Zelandiyada 22 Texnologiya və Politexnik İnstitutları fəaliyyət göstərir. Bu institutlar da dövlət institutlarıdır və akademik dərs ili universitetlərlə eyni vaxtadır. Dərslər sertifikat səviyyələrindən başlayaraq Dərəcə və magistr səviyyəsinə qədər peşə və təcrübə əsaslıdır. Politexnik institutlarında qısa əyani və qiyabi dərslər mövcuddur. Bütün bu dərslər il ərzində keçirilir. 

  • Özəl Ali və Təlim Müəssisələri: Getdikcə böyüməkdə olan və alternativ təhsil seçimi təklif edən bir çox özəl ali təhsil və təlim müəssisələri mövcuddur. Həmin müəssisələr peşəkar sertifikatlar, diplomlar, incəsənət, otelçilik, kompüter  sahəsi, katiblik təhsili, keyfiyyət menecmenti, ekturizm və digər sahələr üzrə geniş proqramlar təklif edir. 800-dən artıq bu cür müəssisələr NZQA ( New Zealand Qualifications) tərəfindən qeydiyyata alınır. Bu müəssisələrin bir hissəsi Maoriyə məxsusdur və onun tərəfindən idarə olunur.

  • Müəllimlik təlimləri: Yeni Zelandiya yüksək təhsil standartlarına və keyfiyyətli müəllim kadrlarının hazırlanmasına görə beynəlxalq səviyyədə tanınmaqdadır. Ölkədə dövlət tərəfindən maliyyələşdirilən 6 ədəd mütəxəssis yetişdirən müəssisə mövcuddur. Onlardan ikisi universitetlərin daxilində fəaliyyət göstərdiyi halda, digər dördü isə yerli universitetlərlə əməkdaşlıq aparmaqdadırlar. Təlimlər ibtidai, orta, xüsusi və ali məktəb müəllimlərinin hamısı üçün nəzərdə tutulur.

  • Wãnanga: Wananga Maori adət və ənənələri əsasında verilən yüksək təhsil forması olub və adətən Maori dilində işlədilən bir termindir.

İngilis Dilinin Təlim Sektoru:

Özəl İngilis dili məktəbləri bütün yaş qruplarını əhatə edən əyləncə, biznes və akademik ingilis dili kursları təklif etməkdədir. Əyləncə kursları ingilis dili təhsili ilə yanaşı, tələbələrin seçimindən asılı olaraq müəyyən edilmiş fəaliyyətlər arasında bir balansa təşkil etməkdədir. Burada həmçinin biznes məqsədləri üçün təşkil edilən kurslar və tələbələri TOEFL və ya İELTS imtahanlarına hazırlaşdıran akademik proqramlar mövcuddur. Ali təhsil müəssisələrinin böyük bir qismi də buna bənzər hazırlıq kursları təklif edirlər.

Yeni Zelandiyada Məktəb Təhsil Sistemi:

Yeni Zelandiyada məktəb təhsili 13 illik olub, ilk 6 ilini ibtidai, daha sonrakı 2 ilini orta və nəhayət son 5 ilini isə yüksək tipli məktəblər təşkil etməkdədir. Bu Yeni Zelandiyalı uşaqlara 6 yaşlarından 16 yaşlarına kimi tam təhsil verilməsini təmin edir. Bu məktəblər ya Yeni Zelandiyanın Təhsil Nazirliyi ya da ki özəl qurumlar tərəfindən maliyyələşdirilir.

Dövlət məktəbləri:

Dövlət məktəbləri Yeni Zelandiya hökuməti tərəfindən maliyyələşdirilən və qarışıq təhsil verən günlük məktəblərdir.

Özəl məktəblər:

Yeni Zelandiyada bir çox özəl məktəblər var və onlar milli tədris planını tamamilə tanımaqdadırlar. Məktəblərin bir qismi yalnız bir cinsin nümayəndələri üçün təhsil verirlər. Bundan əlavə fəlsəfi və dini görüşlərinə görə fərqli olan məktəblər də mövcuddur.

©2013 GRBS LLC.