Direktorun mesajı

 

IDP Education 1969-cu ildən etibarən tələbələri Avstraliyada təhsil imkanları sahəsində istiqamətləndirərək, Avstraliya universitetlərinə ən çox xarici tələbə yerləşdirən bir təşkilatdır.  Orta Şərqdə fəaliyyətimizə 2000-ci ildə start verdik və 2011-ci ildə Azərbaycanda ofisimizi açdıq. Bizim qərəzsiz və peşəkar məsləhət xidmətlərimiz bizə Avstraliyada uğurla təhsil almış və hər birinin öz uğur tarixçəsi olan minlərlə tələbəyə xidmət göstərmək imkanı vermişdir.

IDP Education təşkilatının səhmdarları 38 Avstraliya universiteti və Avstraliyanın aparıcı işə qəbul etmə və təlim şirkəti olan SEEK MMC-dir. IDP qlobal səviyyədə tanınmış 400-dən çox Avstraliya təhsil müəssisələrini, o cümlədən universitetlər və 20000-dən çox beynəlxalq səviyyədə qəbul olunmuş proqramlar təklif edən TAFE, özəl kolleclər və məktəbləri təmsil edir.

Bizim məsləhətçilərimiz Avstraliya, Birləşmiş Krallıq, AB təhsil müəssisələrinin nümayəndələri tərəfindən təlim keçmiş təcrübəli kadrlardır. Bizim güclü tərəfimiz tələbə vizalarının alınması sahəsində göstərdiyimiz yardımdır. IDP tələbələrin Azərbaycandakı yaşayış tərzi və təhsil sistemindən Avstraliyada tələbə həyatına uyğunlaşmağa kömək edir. Biz Avstraliyada düzgün təhsil müəssisənin seçilməsinin nə qədər vacib olduğunu bütün məsuliyyəti ilə başa düşürük. Bu səbəbdən də həyatınızı dəyişdirəcək qərarı verərkən bizim təcrübə və səriştəmizə güvənə bilərsiniz.

Tələbələrin karyerası bizim ən ümdə marağımızdır və ən yaxşı fərdi xidmətlər göstərməklə qarşılıqlı inamın yaranacağına inanırıq. Biz prosesin hər mərhələsində, konsultasiyadan başlayaraq vizanın alınmasına və səfər öncəsi oriyentasiyaya qədər  tələbələri istiqamətləndiririk. Bizim xidmətlərimiz hətta ölkə sərhədlərindən də kənara çıxır, belə ki, biz Avstraliyaya çatdıqdan sonra da tələbələrə dəstək göstəririk.

Mən və komandam sizin Avstraliyada təhsil almaq imkanını əldə etməyiniz üçün əlimizdən gələni əsirgəməyəcəyik.  

Hörmətlə,

Maher El Bakry

Orta Şərq üzrə Regional Direktor

Tələbə Xidmətləri