IDP Azərbaycan haqqında

 

Avstraliya, Birləşmiş Krallıq, ABŞ, Kanada və Yeni Zelandiyada təhsil almaq istəyən tələbələr üçün IDP Azərbaycan ən etibarlı şirkətdir. Lazımi səviyyədə təşkil olunmuş IDP qlobal şəbəkəsi vasitəsilə beynəlxalq tələbələr Avstraliya, Birləşmiş Krallıq, ABŞ, Kanada və Yeni Zelandiyada təhsil imkanları barədə ekspert məlumatları alırlar.  IDP məsləhətçiləri öz sahələrinin peşəkarlarıdır. Tələbələrə fərdi xidmət göstərməklə təhsil və karyera məqsədlərinin reallaşdırılması  üçün ən məqsədəuyğun yollar barədə məsləhətlər verilir. Məsləhətçilər xarici tələbələrə adıçəkilən ölkələrin Tələbə Vizası ilə bağlı tələbləri və viza üçün ərizə formasının təqdim olunması qaydalarını öyrədirlər.

IDP adıçəkilən ölkələrin təhsil müəssisələri ilə sıx əməkdaşlıq edərək universitetlər, ingilis dili kursları, TAFE (Texniki və Əlavə Təhsil) müəssisələri, özəl peşə təhsili və orta məktəblər daxil olmaqla bütün təhsil müəssisələrini təmsil edir.

IDP-də ilk növbədə tələbənin maraqları əsas götürülür. Təcrübəmizə əsaslanaraq deyə bilərik ki, təhsil son məqsəd deyil. Beynəlxalq tələbələr  karyera, ailə və həyat məqsədlərini həyata keçirmək üçün təhsili vasitə kimi seçirlər. Bizim məqsədimiz tələbələrlə əməkdaşlıq edərək onların uzunmüddətli məqsədlərinə çatmalarını təmin etmək üçün düzgün təhsil seçimi etməkdə onlara kömək etməkdir.                                                                                        

Şəxsi IDP məsləhətçinizlə görüşmək üçün sizə yaxın olan IDP ofisi ilə əlaqə saxlayın (Əlaqə nömrələri siyahısı) ya da bu linki izləyin (sorğu forması).

Tələbə Xidmətləri