Ana səhifə

 

Xaricdə yüksək səviyyəli təhsil almaq istəyən tələbələr üçün Yeni Zelandiya artıq məşhur seçim olmuşdur.

Yeni Zelandiyanın təhsil sistemi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) 2012-ci il ali təhsil sistemləri siyahısında yüksək yer tutur. 2011-ci ildə QS şirkətinin hazırladığı dünyanın ən yaxşı 300 universitetlər siyahısında Yeni Zelandiyanın səkkiz universitetindən dördü  öz yerini tapmışdır, universitetlərdən ikisi isə ilk 200 universitet arasında yer almışdır.

Yeni Zelandiyada təhsil alan tələbələr rəqabətli qiymətləndirmə sistemi ilə təhsilin keyfiyyətindən zövq alırlar. Xaricdə təhsil alan tələbələr üçün hazırlanan 2009-cu il Deloitte Qiymət Müqayisələri hesabatına əsasən Yeni Zelandiyada bakalavr dərəcəsi üçün təhsil haqqı digər universitetlərin bir çoxuna nisbətən daha ucuzdur. Yeni Zelandiyanın tanınmış müəssisələrində təhsil alan beynəlxalq tələbələrin təhsil aldığı müddət ərzində iş təcrübəsi qazanmaq və inteqrasiya etmək üçün böyük şansları var. 12 ay və ya daha uzun müddət təhsil alan tələbələr semestr içi həftədə 20 saat olmaqla yarım ştat, bayram vaxtları isə tam ştat işləyə bilərlər. Bundan başqa, beynəlxalq tələbələr Yeni Zelandiyada işləmək və daimi yaşamaq məqsədilə İxtisaslı Miqrant Vizası almaq üçün müraciət edə bilər. Hal hazırda beynəlxalq tələbələrin 20%-dən çoxu Yeni Zelandiyada yaşamağı seçirlər. 

Tələbə Xidmətləri