Ana səhifə

Kanada dünyanın ən yaxşı universitetləri olan ölkələr siyahısında 6-cı yeri tutur və Beynəlxalq Təhsil (CBIE) üzrə Kanada Bürosuna əsaslanaraq bütün təhsil səviyyələri sahələrində  təxminən 240,000 beynəlxalq tələbəyə ev sahibliyi edir.

Kanada ali təhsil sistemi Avstraliya, ABŞ və İngiltərə ali təhsilləri ilə birgə ideal bir dördlükdür. Kanadada təhsil müəssisələrini seçən tələbələrin peşə təhsili ilə yanaşı üç və ya dörd illik geniş təhsil proqramlarından istədiyini seçə bilmə şansı vardır. Dövlət tərəfindən tədris standartlarının qorunub saxlanıldığı Kanada təhsil sistemi, mükəmməlliyi ilə dünyada tanınmaqdadır. Kanada ali təhsil sistemi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) hazırladığı 2012-ci il ali təhsil sistemləri siyahısında 3-cü yeri tutur.

Beynəlxalq tələbələr Kanadada təhsili seçərək pullarına da əhəmiyyətli dərəcədə qənaət edə bilərlər. Bütün Kanada universitetləri öz yerləşdiyi əyalət hökuməti tərəfindən maliyyələşdirilir və bu da öz növbəsində təhsil haqqının aşağı olmasına gətirib çıxarır. Kanadada təhsil beynəlxalq tələbələri geniş iş və karyera imkanları ilə təmin edir. Kanada təhsil müəssisələrinin bir çoxu tələbələrə iki ilə qədər müvafiq iş təcrübəsi qazandıracaq müştərək təhsil proqramı təklif edir. 

 

IDP Education Azərbaycan

IDP Azərbaycan öz Bakı ofisi vasitəsilə bütün Avstraliya təhsil müəssisələrində və Birləşmiş Krallıq, ABŞ, Kanada və Yeni Zelandiya universitetlərində tələbələrin yerləşdirilməsi xidmətlərini təklif edir. Bunun üçün IDP Azərbaycan yüksək dərəcədə təlimatlandırılmış məsləhətçilərə və müasir Müştəri Əlaqələrinin İdarə edilməsi sisteminə malikdir. Ətraflı...

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri