Təhsil Haqqı

Avstraliya keyfiyyətli təhsil almaq və gözəl həyat yaşamaq üçün, şübhəsiz ki, mükəmməl bir yerdir. Bu ölkədə təhsil almağınızın əsas üstünlüyü ondan ibarətdir ki, xərclədiyiniz pulun əvəzində dəyərli təhsil alırsınız. Avstraliyadakı təhsil və yaşayış xərcləri Böyük Britaniya və ABŞ-dakı xərclərlə müqayisədə aşağıdır.

Viza ilə bağlı tələblər

Tələbə vizasını almaq üçün siz yaşayış xərclərini, təhsil haqqını, kursun müddəti ərzində səyahət məsrəflərini ödəyə biləcəyinizi sübut etməlisiniz. Bu xərclərin müəyyən hissəsini dərslərdən sonra yarım iş günü işləməklə ödəyə bilərsiniz. Buna baxmayaraq, siz yalnız yarım iş günü işləməklə alacağınız məvacibə yeganə gəlir mənbəyi kimi arxayın ola bilməzsiniz.

Xarici Tələbələrin Tibbi Sığortası (OSHC)

Siz tələbə vizanızın etibarlılıq müddətini əhatə edən Xarici tələbələrin tibbi sığortasını (OSHC) əldə etməlisiniz. Şəxsi qəza və əmlakınızı da özünüz sığortalamalısınız. Ölkənizi tərk etməmiş və səyahətə çıxmadan əvvəl itmiş baqajları, reysin ləğv edilməsi və repatriasiya xərclərini ödəyə bilmək üçün səyahət sığortası almağınız məsləhət görülür.

1 iyul 2012 il tarixdən etibarən Mühacirət Əsasnaməsinə uyğun olaraq yaşama xərclərinin əsas tarifi yüksəldi. Bu əsasnaməyə müvafiq olaraq vizanın alınması üçün ərizə verən abituriyent və onun ailəsi yaşama xərclərinin qarşılanması üçün aşağıdakı pul vəsaitlərinə malik olmalıdırlar:

- ildə $18,610 tələbə üçün

- ildə $6,300 tələbənin həyat yoldaşı üçün

- ildə $3,720 tələbənin 6 yaşından balaca birinci uşağı üçün

- ildə $2,790 tələbənin 6 yaşından balaca ikinci və sonrakı uşağı üçün

- Tələbə onun tərəfindən Avstraliyada təhsil almaq üçün ayrılmış pul vəsaitin onun Avstraliyada olduğu müddət ərzində mövcud olacağını göstərməlidir.

 

Əlavə məlumatı DIAC səhifəsindən əldə edə bilərsiniz.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri