Çox verilən suallar

Kursla bağlı seçim edərkən mən hansı faktorları nəzərə almalıyam?

Təhsil almaq istədiyiniz sahəyə uyğun olan kursları seçin və fərdi institutların səhifələri daxilində müvafiq departamentin səhifəsindən istifadə etməklə hər bir kursun əhatə etdiyi proqramları diqqətlə nəzərdən keçirin. Əgər bu məlumatı oxuduqdan sonra sizin yenə də kursla bağlı müəyyən şübhələriniz varsa, siz öz IDP məsləhətçinizlə danışmalısınız.

Kursdan əlavə olaraq sizin universitetin təqdim etdiyi şəraitdən də məmnun olmağınız çox vacibdir.

Mənim seçdiyim kurs və institut yüksək standartlara malikdirmi?

Birləşmiş Krallıqda bütün universitet və institutların rəsmi reytinq cədvəli yoxdur. Akademik standartlara və keyfiyyətə riayət etməyə görə əsas məsuliyyəti universitet və kolleclər daşısa da, Keyfiyyətin Təminatı Agentliyi (QAA) audit və yoxlamalar vasitəsilə onların bu öhdəliyi nə dərəcə yerinə yetirdiklərinə nəzarət edir. Tədqiqat kurslarına gəldikdə, beş ildə bir dəfə həyata keçirilən Tədqiqatın Qiymətləndirilməsi Tapşırığı (RAE) institutların tədqiqat fəaliyyətinə nəzarət edir və keyfiyyət profili müxtəlif maliyyələşdirmə qurumlarından tədqiqat üçün alınan qrantları müəyyən edir.

Beynəlxalq tələbələr üçün hansı maliyyə dəstəkləri mövcuddur?

Beynəlxalq tələbələr üçün məhdud sayda təqaüd mükafatları vardır. Bunların məbləği təhsil aldığınız səviyyədən, eləcə də institutdan asılı olaraq dəyişir. Təqaüdlər rəqabətlidir və siz müstəsna akademik nailiyyətlər nümayiş etdirməlisiniz.

Eyni vaxtda həm təhsil almaq, həm də işləmək üçün hansı imkanlar vardır?

Bir çox universitetlərdə tələbələr üçün iş mərkəzi vardır və bunlar tələbələrə öz bacarıqlarını təkmilləşdirməyə kömək etmək üçün bir sıra iş imkanları təklif edir. Universitetin Karyera üzrə Məsləhət Xidməti də faydalı məlumat və məsləhət mənbəyidir. Əgər dərəcə səviyyəsində və ya daha yuxarı səviyyədə təhsil alırsınızsa, siz semestr ərzində həftədə 20 saat, tətil zamanı isə tam iş günü işləyə bilərsiniz.

Mən yaşayış yerini necə tapa bilərəm?

Əksər BK universitetləri beynəlxalq tələbələr yaşayış yeri ilə bağlı təklifi qəbul etdikləri və tələb olunan son tarixə qədər müraciət etdikləri təqdirdə onları yaşayış yeri ilə təmin edir. Universitetdə tələbələrin yaşayış yeri ilə bağlı məsələlərlə məşğul olan vəzifəli şəxslər münasib yaşayış yeri tapmaqla bağlı sizə məsləhət verə və bələdçilik edə bilərlər. Universitet və ya kollecdən kənarda şəxsi yaşayış yerləri, onu başqa bir tələbə ilə bölüşməyə hazır olduğunuz təqdirdə daha ucuz olacaqdır və magistr səviyyəsində təhsil alan və ya yetkin tələbələr üçün daha münasibdir. Bakalavr səviyyəsində birinci il təhsil alan tələbələrin isə universitetin yataqxanasında qalması məsləhət görülür. Bir çox universitet və kolleclər hazırda öz yataqxanalarını dövlət tərəfindən təsdiq olunmuş prosessual məcəlləyə uyğun şəkildə idarə edir.

Sentyabr qəbulu üçün müraciət prosesinə nə vaxt başlamalıyam?

İnstitutun sizin müraciətinizi qiymətləndirmək üçün kifayət qədər vaxtı olması üçün müraciət prosesinə ən azı bir il əvvəlcədən başlamağınız tövsiyə olunur.

IDP-nin BK institutları ilə hər hansı xüsusi əlaqələri varmı?

Bəli, IDP-nin bir sıra BK institutları ilə xüsusi əlaqələri vardır, bu da mütləq şəkildə sizin müraciətinizin daha tez bir zamanda qiymətləndirilməsi və başqa tələblərlə bağlı sizə bir sıra üstünlüklər təmin edəcəkdir.

IDP mənə səfər öncəsi rəsmi məsələlərlə bağlı kömək edəcəkmi?

Bəli, IDP səfər öncəsi oriyentasiya sessiyası təşkil edəcək və bu, sizə Birləşmiş Krallıqda tələbə həyatına uyğunlaşmaqda kömək edəcəkdir.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri