Konsultasiya

IDP ofislərində çoxsaylı müasir Birləşmiş Krallıq universitetlərinin məlumat kitabçaları, diskləri, eləcə də müvafiq müraciət formaları vardır. BK universitetlərinin nümayəndələri bizim ofisimizə gəldikdə, biz onlarla müsahibə sessiyaları təşkil edəcəyik və beləliklə də, sizin onlarla görüşmək imkanınız olacaqdır.

 IDP məsləhətçiləri sizə aşağıdakı məsələlərlə bağlı öz bitərəf və peşəkar məsləhətlərini təklif edəcəklər:

 

Sizin üçün ən doğru olan kursu necə seçməli

IDP məsləhətçiləri onlar üçün ən doğru olan proqramı seçməkdə tələbələrə konsultasiya verməklə bağlı böyük təcrübəyə malikdirlər. Hansı səviyyə üçün müraciət etmək istəməyinizdən asılı olmayaraq, məsləhətçilər sizə peşəkarcasına bələdçilik edəcək və sizin fərdi istək və ehtiyaclarınıza cavab verən təhsil imkanlarını araşdıracaqlar.

 

Sizin üçün ən doğru institutu necə seçməli

IDP məsləhətçiləri çox geniş olan institutlar siyahısını sizin üstünlük verdiyiniz məqamlara əsaslanaraq qısaltmağa sizə kömək edəcəklər və beləliklə də siz daha asan seçim edə biləcəksiniz. Onlar sizin üçün ən yaxşı seçimləri müqayisə etmək üçün bir sıra mürəkkəb alətlərdən istifadə edəcəklər və beləliklə siz daha məlumatlı və əsaslandırılmış qərar qəbul edə biləcəksiniz.

 

Qəbul tələbləri üzrə bələdçilik

IDP məsləhətçiləri əksər əsas təhsil sistemlərinin strukturu ilə tanışdırlar.  Bu əhəmiyyətli üstünlüklə onlar BK institutuna qəbuldan əvvəl sizin hansı təhsil sistemini izləməyinizdən asılı olmayaraq sizə qəbul tələbləri ilə bağlı öz məsləhətlərini verə biləcəklər. IDP məsləhətçiləri həmçinin sizin BK-da təhsil almağınız üçün tələb oluna bilən IELTS qəbul tələbləri ilə də bağlı sizə ekspert məsləhəti verə biləcəklər.

 

Universitetə müraciətlə bağlı dəstək

IDP məsləhətçiləri BK universitetlərinə müraciətlə bağlı sizə kömək edə  bilərlər. Bakalavr səviyyəsində onlar sizə UCAS müraciət prosesində bələdçilik edəcək və şəxsi bəyanatı necə yazmaqla bağlı məsləhətlər verəcəklər, magistr səviyyəsi üçün isə onlar həmin səviyyəyə müraciət üçün tələb olunan məsələlərlə bağlı sizə kömək etməyə hazırdırlar.

 

Müraciətdən sonrakı dəstək

IDP məsləhətçiləri həmçinin yaşayış yeri, təhsil haqqının ödənilməsi və viza üçün müraciətlə bağlı sizə kömək edəcək, səfər öncəsi oriyentasiya təşkil edəcək və sizin aeroportdan qarşılanmağınızı təmin etmək üçün BK universitetləri ilə əlaqə saxlayacaqlar.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri