Niyə Avstraliya?

Avstraliya təhsil müəssisələrində 400,000-dən çox xarici tələbə təhsil alır. Bir çoxlarını cəlb edən əsas amil Avstraliya təhsil sisteminin keyfiyyəti və təhsil proqramlarının zənginliyidir.

Tələbələri Avstraliyaya təbii və süni möcüzələr, sülh mühiti, kosmopolitik şəhərlər, çox millətli cəmiyyət, iş və təhsil strukturu, habelə nisbətən ucuz həyat tərzi cəlb edir. Xaricdə təhsil alma azadlığı və bununla bağlı yaranan çətinliklərin öhdəsindən gəlmək tələbələrin xoşuna gəlir və üstünlük reputasiyasına malik təhsil müəssisələrində təhsil almaqla bağlı yaranan statusu bəyənirlər.

Avstraliyada təhsil ali təhsil üçün yenilikçi, yaradıcı və müstəqil təfəkkürün yaranmasına zəmin yaradır. Siz komanda şəraitində işləyə bilmək üçün tələb olunan əsas bacarıqları öyrənəcəksiniz. Avstraliyada aldığınız ali təhsil sayəsində digər insanlarla effektiv ünsiyyət saxlamağın yollarını öyrənəcək və qlobal uğurlar əldə etmək üçün praktiki bilik və intellektual bacarıqlarınızı artıracaqsınız.

Müəllimləriniz sizi real dünyanın problemləri ilə bağlı orijinal və praktik həll yollarının tapılması istiqamətində düşünməyə sövq edəcəklər. Universiteti bitirdikdən sonra əldə etdiyiniz ixtisas sizi Avstraliyadakı və beynəlxalq işəgötürənlər üçün cəlbedici işçiyə çevirir.

Xərc baxımından səmərəli və keyfiyyətli təhsil

Avstraliyanın universitetləri və təhsil müəssisələrində bir çox populyar kurslar üçün əhəmiyyətli dərəcədə aşağı illik təhsil haqqı nəzərdə tutulub. Amerikada mövcud 4 illik təhsil sistemindən fərqli olaraq Avstraliyada bakalavr dərəcəsinə 3 il müddətində (mühəndislik və tibb sahəsi istisna olmaqla) yiyələnmək olar. Təhsil haqqının aşağı olması keyfiyyətinin aşağı olması demək deyil. Əksinə, Avstraliya - məktəb, kollec və universitet tələbələrini dünya standartlarına uyğun bilik və bacarıqlarla təmin etmək sahəsində beynəlxalq reputasiyaya malikdir. Avstraliyada təmin olunan bilik və bacarıqlar nəinki milli standartlara, eyni zamanda Avstraliyanın qoşulduğu Asiya-Sakit Okean iqtisadi əməkdaşlıq qrupu, BMT və Avropa qrupu kimi beynəlxalq təşkilatların standartlarına da cavab verir.

Keyfiyyətə təminat

Avstraliya universitetləri dünyada təhsil və tədqiqatlarının keyfiyyətinə görə tanınır. Avstraliyanın peşə təhsili və təlim ilə bağlı yanaşması dünyada innovasiya və keyfiyyət  üzrə liderlik edir.

Avstraliya akkreditasiya, istehlakçıların qorunması və kvalifikasiyaların tanınması ilə bağlı dünyada beynəlxalq meyarların hazırlanmasında liderdir. Avstraliya hökumətinin əsas məqsədi ölkənin keyfiyyətli ali təhsil və təlim sahəsindəki mövqeyini qorumaqdır.

Çoxmillətli və təhlükəsiz mühit

Dünyanın bir çox ölkələri ilə müqayisədə Avstraliya çox təhlükəsiz bir ölkədir. Avstraliyada siyasi hərc-mərclik və cinayətkarlığın aşağı səviyyədə olması və silaha nəzarətlə bağlı sərt qanunların qüvvədə olması təhlükəsiz mühitin yaranmasına şərait yaradır.

Avstraliya bütün dinləri qəbul edir. Heç bir təqib və ayrı-seçkilik ilə üzləşmədən öz dininizə etiqad etmə azadlığınız qanunla qorunur. Avstraliyalılar xarici tələbələrin özləri ilə gətirdikləri milli-mədəni dəyərlərinə hörmətlə yanaşır və Avstraliyanın yaşayış tərzinə adaptasiya ola bilmələrinə yardım edirlər.

Avstraliyalılar səmimi, mehriban və istiqanlı insanlardır. Bu ölkə yaşamaq, təhsil almaq və inkişaf etmək üçün gənc, dinamik və mehriban bir məkandır. Keyfiyyətli təhsil və yaxşı həyat şəraiti axtarışındasınızsa, Avstraliya ali təhsil almaq üçün münasib yerdir.

Avstraliya Kvalifikasiyalarının Çərçivə Strukturu (AQF)

1995-ci ildə Avstraliya məktəblər, peşə təhsili və təlim (TAFE və özəl), o cümlədən ali təhsil müəssisələrində (əsasən universitetlər) vahid kvalifikasiya sisteminin tətbiqi ilə bağlı Avstraliya Kvalifikasiyalarının Çərçivə Strukturunu (AQF) qəbul etmişdir. AQF həm Avstraliya, həm də digər ölkələrin işəgötürənləri, təhsil orqanları və müəssisələri tərəfindən tanınır və qəbul olunur.

  1. Orta məktəb sektoru;
  2. Peşə təhsili və təlim sektoru (TAFE və qeydiyyatdan keçmiş özəl müəssisələr) və
  3. Ali təhsil sektoru (əsasən universitetlər).

Xarici biliklərin tanınması üzrə yerli ofis (NOOSR)

NOOSR - Avstraliya təhsil müəssisələrinə beynəlxalq ixtisasların tanınması istiqamətində yardım edən Avstraliyanın dövlət təşkilatıdır. Bununla yanaşı, NOOSR Avstraliya sertifikatlarının beynəlxalq səviyyədə tanınması üçün səylər göstərir. Bu təşkilatın məqsədi  bacarıqlı insanların Avstraliyada təhsil alması və işləməsi sahəsində kömək etməkdir.

Xarici tələbələr üçün Təhsil Xidmətlərinə (ESOS) dair Akt 2000

2000-ci ildə Avstraliya ESOS 2000 Aktını qəbul etdi. ESOS Aktı və normativ qaydalar Avstraliyada tələbə vizası əsasında təhsil alan xarici tələbələrə təhsil xidmətlərinin göstərilməsi məsələlərini tənzimləyir.

Avstraliya Hökuməti Təhsil Departamenti, Məşğulluq və iş yerində əlaqələr (DEEWR) qurumu vasitəsilə ESOS Aktı və bundan irəli gələn qaydaların icra olunmasını təmin edir.

ESOS Aktı Avstraliya təhsil müəssisələrinin qeydiyyatla bağlı tələblərə uyğun gəlməsini təmin edir. Təhsil müəssisələri marketinq fəaliyyətləri, ali təhsil xidmətlərinin təmin olunması, binalar və tələbələrə dəstək xidmətləri ilə bağlı sərt normalara cavab vermədikdə qeydiyyatdan keçirilmir. Bu, o deməkdir ki, qeydiyyatdan keçməyən təhsil müəssisələri xarici tələbələri qəbul edə bilməz.

ESOS qanunvericiliyi istehlakçıların müdafiəsini təmin edir. Bu, o deməkdir ki, siz ödəniş etdiyiniz təhsili alacaqsınız və sizin ödədiyiniz məbləğin dəyəri qanunla qorunur.

Əlavə məlumat üçün : http://aei.gov.au/ linkini izləyin.

Xarici tələbələr üçün institut və kursların qeydiyyatı üzrə birlik (CRICOS)

CRICOS sistemində 1000-dən çox Avstraliya Təhsil  Müəssisəsi qeydiyyatdan keçmişdir. Xarici tələbələri qəbul etmək və onlara təhsil vermək üçün Avstraliyanın Təhsil  Müəssisələri CRICOS sistemində qeydiyyatdan keçməlidirlər.

Tələbə vizası əsasında təhsil alan xarici tələbə olaraq siz CRICOS sistemində qeydiyyatdan keçmiş təhsil müəssisəsi və kurslara qəbul olmalısınız.

Beləliklə, Avstraliyada təhsil almağı düşünürsünüzsə IDP Azərbaycan linkini izləyə bilərsiniz. Bizim məqsədimiz sizin gələcəyinizin parlaq olmasını təmin etməkdir!

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri