8 Asan addım

Vacib qeyd

“Yaxşı olar ki, qəbul tarixindən ən azı 5 ay əvvəl müraciət prosesinə başlayasınız.

Məsləhətləşmə

?xtisas?n?za, i? t?crüb?niz?, q?bul ??rtl?rin? v? büdc?niz? ?sas?n bizim m?sl?h?tçil?r sizin düzgün q?rar q?bul ed? bilm?yiniz üçün ?ll?rind?n g?l?ni ?sirg?m?y?c?kl?r. Siz m?cburi IELTS testl?rind?n keçm?misinizs?, ?riz?nizi verm?d?n ?vv?l IDP-d? test? qeydiyyatdan keçm?lisiniz.

Fərdi qiymətləndirmə

Vizadan əvvəlki bütün prosedurlar təfsilatı ilə tələbəyə izah olunacaq.

Hər bir şəxsin tələbə vizasının şərtlərinə uyğunluğu müəyyənləşdiriləcək.

Müraciətin göndərilməsi

Müvəffəqiyyətli namizədlər IDP vasitəsilə təhsil müəssisəsindən Təklif Məktubu alacaqlar. Bu məktublar şərtli və qeyri-şərtli ola bilər.

Müraciət sənədləri göndərildikdən sonra 1-3-cü addımların yerinə yetirilmə müddəti aşağıda verilmişdir:

  • Bakalavr səviyyəsi üçün 4-6 həftə
  • Magistratura səviyyəsi üçün 4-8 həftə (kurs işi)
  • Magistratura səviyyəsi üçün 6-8 həftə (tədqiqat)
  • TAFE/Məktəblər/Kolleclər və Baza Kursları səviyyəsi üçün 1 həftə

Təhsil haqqı və ya depozit

Birinci semestrin təhsil haqqı (qeyri-şərtsiz təklif aldığınız təqdirdə) və ya depozit (şərti təklifdirsə və yekun qərar hələ verilməyibsə) və məcburi Xarici Tələbə Tibbi Sığorta teleqraf köçürməsi və ya Avstraliya dolları ilə bank hesabı vasitəsilə ödənilməlidir.

IDP ödəmələrin edildiyinin və təklif məktubunun alındığının təsdiqini təhsil müəssisəsinə göndərəcəkdir və qəbul olunmağınızın elektron təsdiqini (eCOE) tələb edəcəkdir. 

Təhsil müəssisəsinin göndərdiyi eCOE yalnız təhsil müəssisəsinə qəbul olunmağınızı deyil, eyni zamanda ödəmələrin də qəbul olunduğunu təsdiq edir. Təhsil müəssisəsi eCOE-ni 1-3 gün ərzində göndərir.

eViza üçün müraciət

Viza formasını və tələb olunan əlavə sənədlərin siyahısını IDP-nin ofisindən götürə bilərsiniz.

Beynəlxalq kredit kartının sahibi IDP-yə icazə verməlidir ki, həmin kartdan onlayn müraciət üçün Viza Ərizəsinin Haqqını (A$540) çıxara bilsin.

eViza sənədinin nəzərdən keçirilməsi ən azı 8-12 həftə çəkəcəkdir.

Tibbi müayinə

eViza üçün sənədləri təqdim etdikdən sonra AHC tərəfindən təsdiq olunmuş həkimlərin yanında tibbi müayinədən keçməli olacaqsınız. 

Sizə Əməliyyat İstinad Nömrəsi veriləcəkdir ki, bu nömrədən istifadə etməklə internet vasitəsilə müraciətinizin statusu barədə məlumat əldə edə bilərsiniz.

Səyahət və yaşayış yerinin təşkil olunması

Vizanız verildikdən sonra, təyyarə biletinizi alın və xarici valyuta əldə edin. Reysiniz barədə IDP məsləhətçinizə məlumat verdikdən sonra universitet şəhərciyi daxilində və ya ondan kənarda olan evlər barədə məlumatlar əldə edəcəksiniz.

Səfər öncəsi oriyentasiya təlimi

Avstraliyada həyat tərzi və təhsilinizlə bağlı ətraflı məlumatlar alacaqsınız.

Bu, məzunlar, hazırki tələbələr və gələcək qrup yoldaşlarınızla görüşmək üçün əla imkandır.

IDP-nin Səfər öncəsi oriyentasiya təlimi adətən yanvar və iyun aylarında keçirilir.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri