Niyə BK?

Beynəlxalq səviyyədə tanınan kvalifikasiyalar

BK kvalifikasiyaları qlobal səviyyədə tanınır və hörmətlə qarşılanır. BK-da təhsil alan və dünyanın müxtəlif yerlərindən olan 450,000-dən çox beynəlxalq tələbə vardır. BK təhsilinin bu səfirləri öz ölkələrinə qayıdır  və uğurlu karyeraya başlayırlar. BK məzunlarına qlobal səviyyədə ən əhəmiyyətli korporasiyalarda yüksək tələb vardır.

BK proqramlarının ciddi keyfiyyət standartları

BK proqramlarının keyfiyyət standartları dünyada ən yüksəklər arasındadır. Keyfiyyət dövlət tərəfindən dəstəklənən agentliklər və ciddi qiymətləndirmə mexanizmləri tərəfindən yoxlanılır. Ciddi daxili və xarici yoxlama sistemləri tərəfindən reytinq və hesabatlar nəşr olunur və bunları Keyfiyyətə Təminat Agentliyinin veb-saytında tapmaq olar (www.qaa.ac.uk).

BK məzunları dünyanın liderləri arasındadırlar

İllər uzunu BK universitetləri qlobal maliyyə liderləri, aparıcı siyasətçi, mütəfəkkir və peşəkarlar və dünyada əhəmiyyətli nüfuza malik olmuş tələbələr yetişdirmişlər. Bunlara Bil Klinton, Tabo Mbeki, Desmond Tutu, İmran Xan, Denq Yapinq və Mahatma Qandi də daxildir.

Kursların geniş çeşidliliyi

Burada bir çox müxtəlif kombinasiyada yüzlərlə fənni əhatə edən minlərlə kurs vardır  və beləliklə də tələbələr məhz öz tələblərinə uyğun bir kurs tapa bilərlər. Kursların çeşidliliyi həmçinin institutların da çeşidliliyi ilə uzlaşdırılmışdır və bu, tələbələrə özləri üçün ən münasib təhsil mühitini seçmək imkanı verir.

Elmi və yaradıcı yeniliklərin ön xətti

BK elmi və yaradıcı yeniliklər üzrə lider hesab olunur və qazandığı Nobel mükafatlarının sayına görə dünyada ikincidir. Əgər siz BK-da dəqiq elmlər və texniki fənlər üzrə təhsil almaq qərarına gəlsəniz, siz dünyanın ən böyük intellektual nailiyyətlər əldə etmiş şəxsiyyətlərdən bəziləri ilə yanbayan öyrənmək imkanı əldə edəcəksiniz.

Qlobal iqtisadiyyatın tələblərinə uyğun bilik və bacarıqlar

BK-ın öyrənmə təcrübəsi tələbələrə müstəqil düşüncə, aktiv problem həll etmə, intellektual bacarıqlar və yaradıcı və effektiv düşüncə kimi bacarıqlar qazandırır. Bu bacarıqlar işəgötürənlər tərəfindən qlobal iqtisadiyyatın tələblərinə cavab vermək və rəqabətli iş bazarında uğur qazanmaq üçün tələb olunan keyfiyyətlər hesab olunur.

İntensiv vəqısa müddətli üçüncü təhsil

BK-ın təhsil sisteminin əsas üstünlüklərindən biri odur ki, burada bakalavr dərəcələrinin müddəti üç il, əyani magistr kursu isə bir ildir. Müddətin daha qısa olması sayəsində tələbələr həm təhsil haqları və yaşayış xərclərinə qənaət edə, həm də daha tez məzun olduqları üçün iş həyatına daha tez başlaya bilərlər.

Beynəlxalq tələbə dəstəyi

BK nəsillər boyunca 100-dən artıq ölkədən olan beynəlxalq tələbələri qonaq qəbul etmişdir. Burada beynəlxalq tələbələr üçün hərtərəfli dəstək sistemi olduğu üçün, dünyada ən aşağı təhsili yarımçıq qoyma səviyyəsinə malikdir. Bu xidmətlərə təyinatlı beynəlxalq ofis, beynəlxalq tələbə cəmiyyətləri, akademik dəstək, məsləhətləşmə dəstəyi və fərdi repetitor daxildir. 

Avropaya giriş qapısı

BK Avropanın qalan hissəsini də gəzmək üçün ideal başlanğıcdır. Əla yol, dəmiryol və hava yolları baha olmayan və sərhədsiz səyahətə imkan verir. Beynəlxalq Tələbə Şəxsiyyət Kartı tələbələrə səyahət zamanı xüsusi endirimlərdən yararlanmaq imkanı verir. Avropaya səyahət sizə həm də müxtəlif mədəniyyətlər və həyat tərzləri haqqında öyrənmək imkanı verəcəkdir.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri