Niyə IDP?

IDP Education: ən etibarlı seçim

IDP-nin beynəlxalq tələbələrin yerləşdirilməsi xidmətində 40 ildən artıq təcrübə və uğurları vardır və bütün dünyada  300,000-dən çox tələbə yerləşdirmişdir. O, beynəlxalq tələbələrin yerləşdirilməsi üzrə ən çox etibar və hörmət olunan təşkilatdır. IDP dünyanın aparıcı ingilis dili  testi olan IELTS-in (International English Language Testing System) sahiblərindən biridir.

Təlim keçmiş və təcrübəli məsləhətçilər

IDP məsləhətçiləri sizə BK-da təhsil imkanları axtarışında dəstək vermək üçün lazım olan təlim və təcrübəyə malikdirlər. Sizin BK-da təhsilə doğru səyahətiniz ətraflı məsləhətləşmə prosesi ilə başlayır. Sizə qərar vermə prosesində bələdçilik ediləcək, müraciət prosesində kömək ediləcək, viza ilə bağlı məsləhətlər və səfərdən öncə lazımi məlumatlar veriləcəkdir.

Qərəzsiz və peşəkar məsləhət

IDP-nin təhsil müəssisələri və öz gələcəyini bizə etibar edən tələbələrlə iş üzrə korporativ düzgünlük və şəffaflıq siyasəti vardır. IDP-nin 40 illik reputasiyası dostyana, nəzakətli məsləhət və xidmətə, ciddi universitet və dövlət standartlarına uyğun şəkildə müraciətlərin effektiv və vaxtlı-vaxtında emal olunmasına əsaslanır.

Diqqət sizə yönəldilib

IDP məsləhətçiləri iki dil bilirlər və sizə potensial dil və mədəniyyət baryerlərini aşmağa kömək edəcəklər. Onların təcrübəsi, peşəkarlığı və şəxsi bələdçiliyi sizi öz karyera və həyat məqsədlərinizi reallaşdırmağa yaxınlaşdıracaqdır.  

IDP-nin tələbə xidmətləri portfeli

  • Kursun seçilməsi
  • Universitetin seçilməsi
  • Müraciətin göndərilməsi
  • Təklifin alınması
  • Yaşayış yeri ilə bağlı bələdçilik
  • Viza ilə bağlı konsultasiya
  • Təhsil haqqının ödənilməsi
  • Səfər öncəsi hazırlıq

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri