IELTS

IELTS (İngilis Dili üzrə Beynəlxalq Test Sistemi)

IELTS – İngilis dili üzrə dünyanın aparıcı testidir. IELTS-in məqsədi İngilis dilinin ünsiyyət dili olduğu ölkələrdə təhsil almaq və ya işləmək istəyən namizədlərin dil biliklərini qiymətləndirməkdir. Bütün əsas İngilis dilli ölkələrin 6000-dən çox ali təhsil müəssisəsi və fakültəsi, hökumət qurumları, peşəkar assosiasiyalar və işəgötürənlər IELTS nəticələrini tanıyır və istifadə edir.

IELTS Academic Modulu təhsil müəssisələrinin bütün kurslarına qəbul olmaq üçün qoyulan və ən geniş istifadə olunan dil tələbidir. Bu modul namizədin bakalavr və ya magistratura səviyyəsində ingilis dilində təhsil almaq və ya təlim keçmək üçün hazır olub-olmadığını qiymətləndirir.

IELTS General Training Modulu orta təhsil almaq, təlim proqramlarında iştirak etmək və ya immiqrasiya məqsədləri üçün ingilis dilli ölkələrə gedən namizədlər üçün nəzərdə tutulub.

Testin Listening, Reading və Writing blokları arada fasilə olmadan dərhal yerinə yetirilir. Speaking imtahanı isə test mərkəzindən asılı olaraq, testin keçirilmə tarixindən 7 gün əvvəl və ya sonraya qədər keçirilə bilər.  

IELTS testində imtahandan keçmək və ya kəsilmək anlayışı yoxdur. Qiymət 9 ballıq şkala üzrə verilir. IELTS balları 2 il ərzində etibarlı sayılır.

IELTS və qeydiyyat barədə əlavə məlumat əldə etmək və ya praktiki materialları yükləmək üçün www.ielts.az saytına müraciət edin. IELTS testləri ilə bağlı suallarınız yaranarsa, bizimlə ielts@ielts.az elektron ünvanı vasitəsilə əlaqə saxlaya və ya məsləhətçinizlə danışa bilərsiniz.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri