Kanadada həyat

Kanada 1994-cü ildən bəri dünyanın 10 ən yaxşı yaşayış yeri siyahısına daxildir. BMT-nin sorğusuna əsasən Kanada təhsilə çıxış, yüksək orta ömür müddəti (universal səhiyyə sistemi sayəsində) və aşağı cinayət səviyyəsinə görə xüsusilə yüksək qiymətləndirilmişdir.

Kanada dünyanın ikinci ən böyük ölkəsidir. Onun ümumi sahəsi 9,984,670 kvadrat kilometrdir. Sahəsinin böyük olmasına baxmayaraq əhalinin 31 milyonu, yəni 80 faizi ölkənin cənub hissəsində yerləşən şəhərlərdə yaşayır. Kanada 10 əyalət və 3 ərazidən ibarətdir. Əhalinin əksəriyyəti ABŞ sərhədindən 250 km-ə qədər məsafədə yaşayır.

Kanadanın iki rəsmi dili vardır: ingilis və fransız dilləri. Bütün dövlət xidmətləri və sənədləri hər iki dildə təmin olunur. İngilis dili Kvebek əyalətindən başqa yerdə qalan bütün əyalətlərdə ən geniş istifadə olunan dildir. Kvebekdə rəsmi dil fransız dilidir.

Kanada ənənəvi olaraq immiqrantlar ölkəsi olmuşdur və mədəniyyətlər arasındakı fərqləri dəstəkləyən siyasətə malikdir. Burada müxtəlif perspektivlərə hörmətlə yanaşılır və birgə öyrənmə həvəsləndirilir. Demək olar ki, dünyanın bütün etnik qrupları Kanadada təmsil olunur. Nəticədə spesifik mədəniyyətlərlə assosiasiya olunan əksər etnik qidalar və rekreasiya fəaliyyətləri Kanadada mövcuddur. Etnik müxtəlifliyi təmsil edən klublar, qeyri-rəsmi klublar və assosiasiyaları da asanlıqla tapmaq olar. Məktəblərdə fəaliyyət  göstərən beynəlxalq tələbə məsləhətçiləri tələbələrə bu cür qruplarla əlaqə yaratmağa kömək edə bilərlər.

Bütün əsas şəhər mərkəzlərində çox sayda ticarət mərkəzləri, restoranlar, teatrlar, incəsənət qalereyaları və muzeylər vardır. Kanada şəhərlərində ictimai istifadə üçün bir çox parklar, bağlar və plyajlar, eləcə də əla idman və rekreasiya imkanları vardır.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri