IDP-nin Qlobal xidmətləri

IDP Education Pty. MMC (IDP) qlobal şirkət olaraq tələbələrə xaricdə təhsil və İngilis dili üzrə kurslar təklif edir.

Dünyanın 30 ölkəsində 90 ofisi olan IDP Avstraliya, Birləşmiş Krallıq, ABŞ, Kanada və Yeni Zelandiyanın təhsil müəssisələrində digər təşkilatlardan daha çox beynəlxalq tələbə yerləşdirir. IDP adıçəkilən ölkələrin təhsil sistemlərinin hər bir sektoruna, o cümlədən ali təhsil müəssisələri, texnikum və peşə təhsili (VET), xarici tələbələr üçün İngilis dili üzrə intensiv kurslar və məktəblərə tələbə qəbulunu təmin edir.

IDP öz törəmə şirkəti olan IELTS Australia Pty MMC vasitəsilə İngilis dili biliklərinin yoxlanılması sahəsində dünyanın aparıcı testi olan IELTS-in həm-sahibidir. Bu testlər dünyanın 130 ölkəsində 800-dən çox mərkəzdə keçirilir və 7000-dən çox təhsil müəssisəsi tərəfindən tanınır. IELTS-in digər həmsahibləri British Council və Cambridge Universitetidir. IELTS insanların həyat tərzini dəyişmək üçün bir alətdir, IDP isə öz partnyorları ilə birlikdə bu dəyişikliklərin həyata keçirilməsi sahəsində vasitəçi rolunda çıxış edir.

IDP Avstraliya universitetləri tərəfindən 1969-cu ildə təsis edilmiş və beynəlxalq təhsil sahəsində 40 illik təcrübəyə malikdir. IDP öz resurslarından və təcrübəsindən tam şəkildə istifadə edərək təklif etdiyi xidmətlərdən yararlanan tələbələr və imtahan verənlər üçün ən yaxşı nəticəni çatdırmaq üçün öz səylərini əsirgəmir.

IDP səhmlərinin 50%-i IDP Education Australia Ltd holdinq şirkəti vasitəsilə 38 Avstraliya universitetinə məxsusdur.  Səhmlərin yerdə qalan hissəsinin sahibi isə Avstraliyanın qabaqcıl onlayn işə qəbul etmə və təlim şirkəti olan SEEK MMC-dir.

IDP-nin təsis edildiyi gündən etibarən fəaliyyət göstərdiyi 40 il ərzində bütün dünya üzrə ali təhsil sahəsində xarici tələbələrin sayı təxminən 5 dəfə artmışdır. Nəticədə bu 40 il ərzində tarixdə misli görünməmiş bir hadisənin, yəni varlı ölkələrdən inkişaf etmiş ölkələrə bilik və təcrübənin ötürülməsinin şahidi olmuşuq. Milyonlarla tələbənin təhsil arxasınca xarici ölkələrə gedib yaşamasının əsas üstünlüyü ondan ibarətdir ki, beynəlxalq təhsil milli-mədəni baryerlərin aradan qaldırılmasında və dünyagörüşünün artırılmasında aparıcı rol oynayır. IDP öz fəaliyyət istiqamətini məhz beynəlxalq təhsil sahəsində qurduğuna və bu tarixi inkişaf prosesinin bir hissəsi olduğuna görə qürur duyur.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri