Ana səhifə

İxtisasında peşəkar yeniliklər qazanmaq istəyən, nisbətən ucuz  və gözoxşayan təbiətə sahib olan yerlərdə təhsilini davam etdirmək istəyən tələbələr üçün Avstraliya ən gözəl seçimlərdən biridir. Hazırda 400,000-dən artıq tələbə Avstraliyanın müxtəlif universitetlərində və təhsil müəssisələrində təhsil alır.

Hökumət tərəfindən ciddi keyfiyyət standartlarının mükəmməl şəkildə tətbiq edildiyi Avstraliyada ali təhsil hər kəsə məlumdur. Avstraliya ali təhsil sistemi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) 2012-ci il üzrə ali təhsil sistemləri siyahısında 8-ci yeri tutur.

Avstraliyada təhsil dünyanın nüfuzlu universitetlərində təhsil alaraq istədikləri dərəcəyə yiyələnmək üçün xarici tələbələrə əlverişali imkanlar yaradır. Avstraliya universitetləri tələbələrə gələcək karyeraları üçün praktiki biliklərlə nəzəri biliklərin balanslaşdırılması üçün uyğun tədris yolları təklif edir.

Avstraliyada təhsil haqqı Böyük Britaniya və ABŞ kimi ölkələrə nisbətən daha aşağıdır və bu da Avstraliyada təhsil alma seçimini daha da üstünləşdirir.

 

IDP Education Azərbaycan

IDP Azərbaycan öz Bakı ofisi və yüksək səviyyədə təlimdən keçmiş məsləhətçiləri və müasir müştərilərlə əlaqələrinin idarə edilməsi sistemi vasitəsilə bütün Avstraliya universitetlərində və müştəriləri olan Birləşmiş Krallıq, ABŞ, Kanada və Yeni Zelandiya universitetlərində  tələbələrin yerləşdirilməsi xidmətlərini təklif edir. Ətraflı...

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri